İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi

Siyasət A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev indoneziyalı həmkarı Coko Vidodoya başsağlığı məktubu göndərib.

Eurasia Diary-nin AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, sənəddə deyilir:

“Hörmətli cənab Prezident,

Sulavesi adasında baş vermiş təbii fəlakətin çoxsaylı insan tələfatı və dağıntılar törətməsi barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...