Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 21-də Qətərə səfər edəcək. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, E.Məmmədyarov Doha şəhərində keçiriləcək 16-cı Doha Qlobal Forumunda iştirak edəcək. Forum çərçivəsində nazir Elmar Məmmədyarovun “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı plenar sessiyada çıxışı nəzərdə tutulub.
Nazir həm də Belçikaya səfər edəcək. O, mayın 23-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Sözügedən iclasda Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.