Qarabağla bağlı qəbul edilən 7 beynəlxalq sənəd Bu il...

Siyasət 16:40 27.12.2018

Bu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən maraqlarımıza cavab verən önəmli sənədlər qəbul edilib.

Eurasia Diary xəbər verir ki, bu barədə Azərbaycan XİN-in 2018-ci ilin yekunlarına həsr edilən hesabatında bildirilib.

Bu sənədlər aşağıdakılardır:

1. 2018-ci il aprelin 3-6-da 117 ölkə və 16 beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd daxil edilib;

2. 2018-ci il aprelin 16-17-də Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurası iclasının yekun sənədinə Ermənistan-Azərbaycan münaqişəsinin regional iqtisadi əməkdaşlığa maneə törətdiyi və münaqişənin tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyinə dair bənd daxil edilib;

3. 2018-ci il mayın 5-6-da Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib;

4. İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə də qəbul olunub. Qətnamədə Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhaliyə və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy göstərməyə səslənib;

5. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından Azərbaycana önəmli dəstək ifadə olunub. Bununla yanaşı, 2018-ci il dekabrın 12-də Avropa Parlamentinin qəbul etdiyi “Vahid Xarici və Təhlükəsizlik Siyasətin həyata keçirilməsi üzrə illik plan” adlı qətnamədə Avropa Ittifaqının Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəkləməsi bir daha təsdiqlənib;

6. 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün yekun bəyannaməsində Alyans üzvləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstək ifadə edib və regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasına çıxış ediblər;

7. 2018-ci il oktyabrın 5-də keçirilmiş Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM dövlətlərinin hökumət başçılarının iclasında qəbul edilmiş Birgə Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi və GUAM üzv ölkələri ərazisində həllini tapmamış digər münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb və bu münaqişələrin beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə təhlükə təşkil etdiyini nəzərə alınaraq, onların yuxarıda göstərilən prinsiplər əsasında tezliklə həlli məqsədilə beynəlxalq ictimaiyyətə səylərin artırılması üçün çağırış edilib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Azərbaycanda qanunsuz saxlanılan erməni əsirlərlə bağlı məsələyə toxunub - VİDEO

Xəbər xətti

Şimali Koreya cənuba yenə zibil göndərdi
00:13 27.06.2024
Putinin planı baş tutsa, Ukrayna sağ qalmayacaq - Şolts
23:46 26.06.2024
Bu andan AB Ukrayna müharibəsinə qoşulacaq - Filippo
23:24 26.06.2024
Rusiyada sərnişin qatarı qəzaya uğradı
23:00 26.06.2024
Əksər rayonlarda leysan yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
22:45 26.06.2024
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Azərbaycanda qanunsuz saxlanılan erməni əsirlərlə bağlı məsələyə toxunub - VİDEO
22:30 26.06.2024
"Neftçi" klubu loqosunu dəyişib
22:22 26.06.2024
Bloomberg: Bəzi NATO ölkələri Kiyevə uzunmüddətli yardım öhdəliyindən imtina edirlər
21:50 26.06.2024
İsrailin müdafiə naziri Baydenin Qəzza planını dəstəklədiyini bildirib
21:27 26.06.2024
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib
21:15 26.06.2024
Azərbaycanın iki güləşçisi Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq
21:00 26.06.2024
Rusiya Fransanın Yeni Kaledoniya ilə bağlı siyasətini kəskin tənqid edib
20:33 26.06.2024
Ceyhun Bayramov İtaliya XİN başçısının müavini ilə müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər
20:15 26.06.2024
NATO-dan ciddi addımlar gözləyirik - Fidan
20:00 26.06.2024
Paata Patiaşvili: Azərbaycan ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir
19:44 26.06.2024
Gəncədə 3 nəfər bıçaqlanıb, biri ölüb, digərləri xəsarət alıb
19:22 26.06.2024
ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək
18:50 26.06.2024
Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar - FOTOLAR
18:35 26.06.2024
İlon Mask və Jeff Bezosun kosmos döyüşü yenidən alovlanıb
İlon Mask və Jeff Bezosun kosmos döyüşü yenidən alovlanıb
18:00 26.06.2024
BMT Keniyada etirazların yatırılmasında zorakılığa yol verilməsindən narahatdır
BMT Keniyada etirazların yatırılmasında zorakılığa yol verilməsindən narahatdır
17:40 26.06.2024
Macarıstan Serbiyanın Aİ-yə daxil olmasını sürətləndirmək niyyətindədir
17:20 26.06.2024
Türkiyənin keçmiş xarici işlər naziri vəfat edib
17:00 26.06.2024
KİV: Yaxın müttəfiqləri Makronu toksik siyasətçi hesab edərək ondan uzaqlaşırlar
16:50 26.06.2024
EAPCA: Fransanın Ermənistana “Caesar” qurğularını verməsi Azərbaycana qarşı təxribatdır
EAPCA: Fransanın Ermənistana “Caesar” qurğularını verməsi Azərbaycana qarşı təxribatdır
16:40 26.06.2024
QALİB ORDU... - Millət vəkilinin yazısı
QALİB ORDU... - Millət vəkilinin yazısı
16:30 26.06.2024
Biləsuvarda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb
16:30 26.06.2024
İstanbulda “Valide Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi keçirilib
16:20 26.06.2024
Gədəbəyə dolu yağıb, təsərrüfatlara ziyan dəyib
16:10 26.06.2024
"Qərb İsraili dəstəkləyərək regionda faciə yaradır" - Ərdoğan
"Qərb İsraili dəstəkləyərək regionda faciə yaradır" - Ərdoğan
16:00 26.06.2024
Sabah Avropa Birliyinin növbəti 5 illik idarəçiliyinin müəyyənləşəcəyi sammit BAŞLAYIR
Sabah Avropa Birliyinin növbəti 5 illik idarəçiliyinin müəyyənləşəcəyi sammit BAŞLAYIR
15:50 26.06.2024
Meksika-Venesuela - Kopa Amerika 2024
Meksika-Venesuela - Kopa Amerika 2024
15:40 26.06.2024
Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb
15:40 26.06.2024
46 yaşlı kişi dənizdə batıb
46 yaşlı kişi dənizdə batıb
15:40 26.06.2024
Zakir Həsənov italiyalı həmkarını "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib
15:34 26.06.2024
ABŞ ordusu Ukraynaya yerləşdirilir
ABŞ ordusu Ukraynaya yerləşdirilir
15:30 26.06.2024
Nazirlik rəsmisi hava ilə bağlı ÇAĞIRIŞ ETDİ
Nazirlik rəsmisi hava ilə bağlı ÇAĞIRIŞ ETDİ
15:20 26.06.2024
"Sədərək" ticarət mərkəzinin yaxınlığında YANĞIN – VİDEO
"Sədərək" ticarət mərkəzinin yaxınlığında YANĞIN – VİDEO
15:17 26.06.2024
Türkiyə Prezidenti NATO-nun yeni baş katibi ilə danışıb
Türkiyə Prezidenti NATO-nun yeni baş katibi ilə danışıb
15:10 26.06.2024
"Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamalıdır" - Böyük Britaniya müxalifət rəhbəri
"Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamalıdır" - Böyük Britaniya müxalifət rəhbəri
15:00 26.06.2024
Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib
14:55 26.06.2024
Hamısı