Böyük Britaniyanın "Reform UK" müxalif partiyasının rəhbəri Nigel Faraj Ukrayna prezidenti Vlodimir Zelenskinin Rusiya höküməti ilə təcili sülh dnışıqlarına başlamalı olduğunu bildirib.
Ednews The Guardian qəzetinə istinadən xəbər verir ki, Faraj müharubə belə getsə Ukraynada gənclərin qalmayacağını bildirib.
Qeyd edək ki, partiya rəhbəri Rusiya ilə danışıqların vaxt alacağını və buna görə də danışıqların indidən başlamalı olduğunu da vurğulayıb. O, bildirib ki, Zelenski bu müharibənin gedişatını bir daha düşünməli və daha böyük ərazilərin itirilməsinin qarşısını almağa çalışmalıdır.
Fərid