Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ednews-un Qarabağ bürosuna verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.
Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.
Bundan başqa Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib. Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qacar kəndi ərazisində yabanı halda bitən 3 tondan artıq 6832 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.