Mədəni müxtəliflik və anlaşma bizim bu gün burada bəşəri dəyərlər sayəsində bir araya gəlməyimizə səbəb olub. Gənclərin çoxsaylı şəbəkə yaratmaq, bütün sərhədləri keçmək kimi bacarığı var. Eurasia Diary-nin verdiyi xəbərə görə, bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 5-ci Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Gənclər sülh naminə: şiddətli ekstrimizmə qarşı əks qüvvənin formalaşdırılması – BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə müzakirə" adlı plenar sessiyada çıxış edərkən deyib.
"Sülh və harmoniya uğrunda mübarizədə gənclər tez-tez romantik tərəfdən yanaşır. Lakin bu, tənqidi yanaşmadır. Gənclərin dialoqa açıq olması dünyada sülh və çiçəklənməyə gətirib çıxaracaq. Təhsil yalnız bilik əldə etmək demək deyil. Mənəvi təhsil də əhəmiyyətlidir. Ailə institutu dünyamızın dinc olmasında önəmli yer tutur. Əməkdaşlıq və bütün bəşəriyyətə hörmət kimi dəyərlərin olmaması boşluq yaradır ki, bunun da yerini sonradan nifrət və zorakılıq tutur", deyə Leyla Əliyeva bildirib.
Gəncləri düzgün tədrislə maarifləndirmək onların potensialının reallaşdırılmasında vacib məqamdır. Bəzən intellektual gənclər də tam xoşbəxt deyil. Bu o deməkdir ki, biz gəncləri dəstəkləyərək daha yaxşı bir dünya yaratmağa nail olmalıyıq. Gənclər özlüyündə inkişafı təcəssüm etdirir. Hər bir gələcək nəsil özündən əvvəlkindən daha qabaqcıl, humanitar, tollerant, açıq fikirlidir. Gəlin, gənclərə dəstək olaq. Vaxt həyatda ən mühüm amildir. Gəlin onu israf etməyək", vitse-prezident əlavə edib.
Gülnar Səlimova