Ermənistanın sabiq prezidenti Serj Sarkisyan mayın 8-də işğal altında olan Qarabağa gələcək.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq iqtidar partiyası, Respublikaçıların yaydığı məlumatda bildirilib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın da mayın 9-da Qarabağa gələcəyinə dair verilən sorğunu, onun mətbuat katibi Vladimir Karapetyan təsdiqləyib.
Xatırladaq ki, məhz Şuşanın işğalı günü Nikol Paşinyan mətbuat konfransı keçirəcək. Daha öncə onun dediklərinə əsaslansaq, bu mətbuat konfransı ən uzun olmaqla 6 saatlıq müddətində baş tutacaq.
Karapetyan bildirib ki, Paşinyan bütün sualları cavablandırmağa hazırlaşır.