“Azərbaycanda hökm sürən siyasi didişmə, xaos bizə Şuşanı almaqda çox kömək etdi...” Sarkisyan

Siyasət 13:30 10.05.2019

Ermənistanın eks-prezidenti Serj Sərkisyan hakimiyyətdən devrildikdən sonra ilk dəfə jurnalistlərə danışıb. Ötən gün o, Şuşanın işğalı münasibətilə keçirilən bayram tədbirlərinə qatılaraq Ermənistanın İctimai televiziyasının müxbirinin 27 il əvvəl baş verənlər haqda suallarını cavablandırıb.

Eurasia Diary Virtualaz.org-a istinadən xəbər verir ki, Sərkisyan ənənəvi olaraq “Şuşanın alınması üçün hazırladıqları parlaq hərbi əməliyyat”, erməni səhra komandirlərinin “şücaətləri” haqda lovğalanıb. Amma Şuşanı ələ keçirməkdə onlara kömək edən əsas səbəb-Azərbaycanda o zaman hökm sürən siyasi xaos, çaxnaşma barədə də danışıb.

Sərkisyan deyir ki, xeyli müzakirələrdən sonra Şuşaya dörd istiqamətdən hücum etməyi qərara almışdılar. Əməliyyata general Arkadi Ter-Tadevosyan başçılıq edirdi.

Sərkisyanın bildirdiyinə görə, Şuşa əməliyyatının uğurunun əsasını 1992-ci ildə Azərbaycan ordusunun Daşaltı kəndini azad etmək üçün keçirdiyi uğursuz əməliyyat qoymuşdu. “Hərçənd həmin döyüşlərdə bizdən də xeyli adam həlak oldu, amma Azərbaycan ordusunun da ən döyüş qabiliyyətli batalyonu darmadağın edildi”-Serjik deyib.

Xatırladaq ki, uğursuz Daşaltı əməliyyatı ilə bağlı sonradan Azərbaycanda uzun müddət istintaq getmişdi,  həmin əməliyyata o vaxtkı müdafiə naziri Tacəddin Mehdiyev şəxsən başçılıq edirdi. İstintaq müəyyən etmişdi ki, əməliyyatın planlaşdırılmasında yol verilən taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan bölmələri  düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə bölmə isə xeyli itki verərək geri çəkilə bilib.

Başqa sözlə, Serj Sərkisyan da təsdiq edir ki, Şuşanın ələ keçirilməsinin başlıca səbəblərindən biri heç də ermənilərin şücaəti ilə bağlı deyildi, Azərbaycan tərəfdə hökm sürən siyasi oyunlar, xəyanət və yararsız hərbi rəhbərliklə əlaqəli idi.

Nəhayət Serjik Şuşanı almaqda onlara kömək edən ikinci əsas məsələ barədə danışıb. Deyib ki, Azərbaycanda o vaxt sadəcə olaraq daxili siyasi didişmələr, tam xaos hökm sürürdü. “Bu da bizə çox kömək etdi”-o deyib.

Bunlar Şuşanın işğalından 27 il sonra düşmən tərəfindən də dilə gətirilə acı həqiqətlərdir. Və düşmən də təsdiq edir ki, şəhər-qalanı Azərbaycanda müxtəlif siyasi qüvvələrin hakimiyyət uğrunda didişmələri, ölkədə hökm sürən xaos, xəyanətlər və satqınlıqlar sayəsində ələ keçirə biliblər. Şuşa uğrunda əsl döyüşlər isə qabaqdadır... 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Hamısı