Həmyerlimizin sualı erməni naziri çətin vəziyyətə saldı | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Həmyerlimizin sualı erməni naziri çətin vəziyyətə saldı

Siyasət A- A A+

"Brüsseldə görüş və müzakirələr bu gün də davam edir. Dünən Avropa Briliyinin Şərq Tərəfdaşlıq Proqramının 10 illiyi münasibətilə Çex Respublikasının Belçikadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş paneldə ölkəsini mələk qismində təqdim edən, son dövrdəki uğurlarından bəhs edən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın 10 dəqiqəlik çıxışına şərhim və ona verdiyim sual zalda olan çoxsaylı auditoriyanın fikirlərinin bir anda dəyişməsinə səbəb oldu". 

Bu sözləri iqtisadçı Qubad İbadoğlu facebookdakı paylaşımında bildirib.

Şərhimdə Ermənistanda demokratiyanın dayanıqlı olmayacağını əsaslandırdım və bunu arqumentləşdirmək üçün orta təbəqənin olmadığını, azad iqtisadyyatın qurulmadığını, regionda sülhun və əmin-amanlığın bərpa edilmədiyini göstərdim və nazirə sual etdim ki, Ermənistan nə zaman işğal etdiyi torpaqlardan çıxacaq?

"Mən doğulduğum, boya başa çatdığım, uşaqlığımın, yeniyetmə dövrümün yaddaşında həkk olunan Füzuliyə getmək, atamın və qohumlarının qəbrlərini ziyarət etmək istəyirəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını nə zaman geri çəkəcək" sualına cavab vermək istəyən xarici işlər naziri aciz görkəmə düşdü, cavabını əsaslandırmaq üçün 15 dəqiqədən çox çalışdı, lakin istəyinə nail ola bilmədi, bir sözlə nə qədər çalışdısa yenə də Ermənistanın əynindən işğalçı libasını çıxara bilmədi.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...