Ermənistanda konfliktdə maraqlı olan tərəflər keçmiş və indiki hakimiyyət nümayəndələri arasında parçalanmanı dərinləşdirirlər. Onlar Köçəryanın məhkəməsindən öz məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə edirlər.
Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qondarma Qarabağ rejiminin Ermənistandakı Daimi Nümayəndəliyinin müşaviri, keçmiş daşnak Qarnik İsaqulyan deyib. O, Ermənistanda ictimaiyyətin inqilabçı və əksinqilabçılara bölünməyə başladığını bildirib. İsaqulyan parçalanmaya bəzi KİV-lərin də şərait yaratdığını və bu işdə xüsusi aktivliyi “Azadlıq radiosu” və “1in.am” saytlarının göstərdiyini söyləyib. O, Nikol Paşinyanın özünü KİV redaktoru aparmaqdan imtina etməli olduğunu deyib. İsaqulyan Ermənistandakı parçalanmada ilk hədəfin Paşinyan olduğunu vurğulayaraq, proseslərin arxasında Levon Ter-Petrosyanın dayana biləcəyi eyhamını edib:
“Bəzi qüvvələr 20 il sonra revanşa çalışırlar. Bu yolda Paşinyanın özü ilkin hədəfdir”.
Qondarma rejimin nümayəndəsi Köçəryan üzərində məhkəmənin türklərin və azərbaycanlıların böyük arzularının reallaşdırılması anlamına gəldiyini bildirib.