Qarabağın Azərbaycana aid olduğunu qəbul edən ermənilər | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Qarabağın Azərbaycana aid olduğunu qəbul edən ermənilər

Siyasət A- A A+

Qarabağdan olan və hazırda dünyanın müxtəlif yerlərində məskunlaşan kifayət qədər tanınmış erməni var ki, Qarabağ probleminin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyirlər.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib. O bildirib ki, ictimai fəallar Artur Ağacanov, Valeri Eritsyan, Georgi Arakelyan, Lev Yaxşibekov, Karin Eritsyan və digərləri Dağlıq Qarabağı birnənalı olaraq Azərbaycan ərazisi kimi görürlər və Bakının Alban Avtokefal Məbədinin bərpasını dəstəkləyirlər. Bu şəxslər həmçinin uydurulmuş erməni tarixinə qarşıdırlar.

Bu xətti eyni zamanda tədqiqatçılar Eduard Vartanov və Filipp Ekozyants və digərləri müdafiə edir.

Hüseynov bildirib ki, Eduard Vartanov, Artur Ağacanov və digər araşdırmaçılar Eçmiədzin kilsəsi tərəfindən erməniləşdirilən türk-xristianlar olan qıpçaqların izlərinin qorunması uğrunda çalışırlar.

Qeyd edək ki, hələ 2016-cı ildə bir qrup erməni araşdırmaçı dünya ictimaiyyətinə alban, türk dini-mədəni, tarixi və abidələrinin erməniləşdirilmədən xilas edilməsi üçün müraciət yaymışdılar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...