Vaşinqtonda Azərbaycan Günü keçirilib

Siyasət 17:15 12.06.2019

Vaşinqtonun tarixi və mötəbər “Endryu Melon Auditorium”da 28 May – Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100 illiyi münasibətilə təntənəli ziyafət təşkil edilib.

Bu barədə APA-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, təxminən min nəfərin qatıldığı ziyafətdə ABŞ Prezident Administrasiyası, Dövlət Departamenti və Pentaqon rəsmiləri, generallar, Konqres üzvləri, digər dövlət qurumlarının nümayəndələri, habelə Vaşinqtondakı diplomatik korpusun, düşüncə mərkəzlərinin, ABŞ-ın müxtəlif ştatlarından səfər etmiş ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirə Türkiyə Cümhuriyyətinin ədliyyə naziri Əbdülhamit Gül, habelə Azərbaycanla tərəfdaşlıq edən Oklahoma Milli Qvardiyasının nümayəndə heyəti də qatılıb.

Tədbirin əvvəlində tanınmış müğənni Devid Difranko Azərbaycan və ABŞ-ın dövlət himnlərini təntənəli şəkildə ifa edib. Tədbirin açılışında çıxış edən səfir Elin Süleymanov 2019-cu ildə müsəlman şərqində ilk demokratik respublika -  Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü olduğunu, qısa müddət yaşamasına baxmayaraq Azərbaycan xalqı üçün zəngin irs və gələcəyə yönəlik arzular yaratdığını və bunun əsasında 1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini bərpa etdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin fikrini səsləndirən Azərbaycan diplomatı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları yaşasaydı, bu gün Azərbaycanın nailiyyətləri ilə fəxr edərdi.

Səfir həmçinin Azərbaycan Diplomatik Xidmətinin 100-cü ildönümü ilə bağlı ölkəmizin bütün diplomatlarını təbrik edib, ölkə Prezidentinin rəhbərliyi altında diplomatik xidmətin Azərbaycanın güclənməsinə xidmət etdiyini vurğulayıb.

Səfir Azərbaycan-ABŞ tərəfdaşlığına toxunaraq, ölkələrimiz arasında qarşılıqlı hörmət və maraqlara əsaslanan geniş əməkdaşlıq həyata keçirildiyini önə çəkib. Ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji layihələrinə ABŞ-ın dəstəyini xatırlayan səfir ABŞ tərəfinə təşəkkürünü ifadə edib. Həmçinin E.Süleymanov Respublika Günü münasibətilə ABŞ Prezidenti D.Tramp və dövlət katibi M.Pompeonun Azərbaycan Prezidenti və xalqına təbrikini razılıqla xatırladıb.

Ziyafətdə əsas natiq qismində çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk respublika olduğunu, Azərbaycanın hazırda bu respublikanın irsi əsasında Prezident İlham Əliyevin liderliyi ilə dinamik inkişaf etdiyini vurğulayıb və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının Azərbaycanın bugünkü nailiyyətləri ilə fəxr edə biləcəyinə dair ölkə başçısının fikrini səsləndirib. Hazırda Azərbaycanın ABŞ-ın etibarlı və strateji tərəfdaşı olduğunu qeyd edən H.Hacıyev ölkəmizin əsgərlərinin beynəlxalq sülhə töhfə verdiklərini və amerikan əsgərləri ilə çiyin-çiyinə xidmət apardıqlarını vurğulayıb. H.Hacıyev Azərbaycanın Diplomatik Xidmətin 100 illiyi ilə də bağlı öz təbriklərini çatdırıb.

ABŞ müdafiə katibinin köməkçisinin müavini Laura Kuper ölkəmizi Respublika Günü və Diplomatik Xidmətin 100 illiyi ilə bağlı təbrik edib. O, Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu vurğulayaraq, Əfqanıstanda və terrorçuluğa qarşı mübarizə sahəsində göstərdiyi dəstəyi həm regional, həm də qlobal sülhə əhəmiyyətli töhfə olduğunu bildirib. L.Kuper ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığını davam etdirmək əzmini də ifadə edib.

Daha sonra çıxış edən ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent 101 il bundan əvvəl Şərqin ilk respublikasının Azərbaycan xalqı tərəfindən yaradıldığını vurğulayıb, bu mütərəqqi dövlətin qadınlara seçki hüququ verdiyini xatırladıb. O, Respublika Günü və Diplomatik Xidmətin 100 illiyi münasibətilə Azərbaycanı təbrik edib. C.Kent ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlıq həyata keçirdiyini önə çəkərək ölkələrimiz arasında bir sıra sahələrdə aparılan əməkdaşlığı qeyd edib. O, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlığın gücləndirilməsi üçün ölkəsinin əzmini ifadə edib.

ABŞ milli qvardiyasının komandan müavini, üç ulduzlu general Daniel Hokanson çıxışında Azərbaycanla tərəfdaşlığın vacibliyini qeyd edib, Pentaqonun, o cümlədən Oklahoma Milli Qvardiyası ilə aparılan fəaliyyətə toxunub. Eyni zamanda Oklahoma ştatının qubernatoru 28 may tarixinin Oklahoma ştatında Azərbaycan Milli Günü elan edilməsi barədə bəyanatı səsləndirilib.

ABŞ Konqresində Azərbaycanla Dostluq Qrupunun həmsədri Stiv Şabot Azərbaycanı 28 May – Respublika Günü ilə bağlı təbrik edib və ölkəmizin həyata keçirdiyi əhəmiyyətli rolunu vurğulayıb.

Kaliforniya ştatından konqresmen Dunkan Hanter Azərbaycanın Əfqanıstanda bəzi NATO müttəfiqlərindən daha çox əsgərinin olduğunu vurğulayaraq, ölkəmizi ABŞ-ın etibarlı tərəfdaşı olduğunu söyləyib və buna görə də Azərbaycan dövlətinə öz təşəkkür ifadə edib.

Öz növbəsində ABŞ-ın Dövlət Departamentinin anti-semitizmə qarşı mübarizə üzrə xüsusi nümayəndə Elan Kar Azərbaycanda heç bir zaman anti-semitizmin olmadığını bildirərək, Azərbaycan kimi dövlətlə ABŞ-ın tərəfdaşlığından qürur duyduğunu və ölkəmizin nəinki regionda, hətta bütün dünyada nümunə rolunu oynadığını vurğulayıb. Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının həmsədri, ABŞ dövlət katibinin köməkçisi v.i.e. Peter Has da Azərbaycan tərəfinə öz təbriklərini çatdırıb.

Daha sonra Vaşinqton şəhərinin aid olduğu Kolumbiya dairəsinin katibi Kimberli Basset 2019-cu il 28 may tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanatın mətnini oxuyub.

Tədbirin rəsmi hissəsinin sonunda fəxri qonaqların iştirakı ilə Azərbaycanın şərəfinə badələr qaldırılıb. Bundan sonra qonaqlara Azərbaycanın milli mətbəxinin nümunələri təqdim edilib, eləcə də Azərbaycandan təşrif buyurmuş “Şur” musiqi qrupunun ifasında milli və dünya musiqi parçaları qonaqları heyran edib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
Hamısı