Rusiyada daha 8 azərbaycanlı saxlanılıb.
“EDnews” xəbər verir ki, Tver vilayəti Prokurorluğu 2022-2025-ci illərdə "qanunsuz tütün və saxta alkoqollu içkilər ticarəti" ilə məşğul olan "cinayətkar dəstə"nin saxlanılması haqqında məlumat yayıb.
Məlumata görə, dəstənin səkkiz üzvü azərbaycanlıdır.
Bildirilib ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.