Türkiyə Cümhuriyyətinin Bakıdakı səfriliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan jurnalistlərinin mətbuat bayramını təbrik edib.
Səfirliyin Mətbuat Müşavirliyindən Eurasia Dairy-ə göndərilən təbrik məktubunda deyilir:
“Bu gün Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə təməlini qoyduğu Azərbaycan milli mətbuatının 144-cü ildönümü qeyd olunur. Milli mətbuatın yaranması Azərbaycan xalqının taleyinde bir dönüş nöqtəsi oldu. Sağlam təməllər üzərində qurulan 144 illik Azərbaycan mətbuatı, keşməkeşli və çətin yollardan keçərək bu gün özünün yüksək inkişaf dövrünü yaşayır. Bu inkişafda əməyi və töhfəsi olan bütün media nümayəndələrini əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edir və bu müqəddəs yolda yeni-yeni uğurlar arzu edirəm”.