“Keşikçidağ”la bağlı təxribatların arxasında ermənilər dayanır

Siyasət 17:56 23.07.2019

Erməni millətçiləri hələ sovet dövründə “Keşikçidağ” monastır kompleksi ətrafında təxribatlar törətməyə zəmin hazırlayırdılar.

Eurasia Diary xəbər verir ki, bunu oxu.az-a müsahibəsində Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev deyib.

Onun sözlərinə görə, erməni lobbisi Qarabağ münaqişəsini qızışdıranda gürcülərə qarşı Azərbaycanın Dağlıq Qarabağ muxtar vilayətinin və digər torpaqlarının Ermənistan SSR-ə qanunsuz birləşdirilməsi yolu ilə “böyük Ermənistan” yaradılması ideyasının həyata keçirilməsinə qoşulmaq tələbi irəli sürülüb.

Ermənilər dəstəyə görə gürcülərə Zaqatalanı və “Keşikçidağ”dan Poyluyadək cənub və cənub-şərqdəki yerləri “vəd ediblər”.

Ə.Babayev qeyd edib ki, ermənilər, eyni zamanda, gürcüləri Abxaziya MSSR-də və Cənubi Osetiya muxtar vilayətində separatçılıqla şantaj ediblər:

“Gürcülər təxribata uymadılar və qonşularının qanunsuz iddialarını dəstəkləmədilər. Yekunda Gürcüstan Abxaziyada və Sxinvali regionunda həmin erməni lobbisinin təşəbbüskarı olduğu separatçılıqla qarşılaşdı. Qanlı müharibə nəticəsində Gürcüstan ərazisinin 20 faizindən çoxu işğal edildi və 300 mindən çox gürcü qovuldu. Ermənistanın işğal etdiyi Qarabağdan da bir milyondan çox azərbaycanlı qovuldu”.

“Keşikçidağ”ın altında bilərəkdən “saatlı bomba” qoyulub. Sərhədlərin delimitasiyası və demarkasiyası SSRİ dağıldıqdan sonra da aparılmayıb. Bu proses nə Eduard Şevardnadzenin, nə də Mixeil Saakaşvilinin dövründə başa çatıb.

 

Onun sözlərinə görə, təxribatçılar dindar gürcülər arasında Azərbaycan əleyhinə əhval-ruhiyyəni qızışdırmağa davam edirdilər:

“Hətta patriarx-katalikos II İliyanın nəsihətlərinə qulaq asmamağa inandırırdılar. II İliya rəsmi şəkildə bəyan etmişdi ki, “Keşikçidağ” ətrafında vəziyyəti siyasiləşdirmək olmaz və Gürcüstan Pravoslav kilsəsinin din xadimlərinin və dindarlarının Gürcüstan və Azərbaycanın mehriban qonşuluğuna təhdid olan aksiyalarda iştirakı yolverilməzdir”.

Təxribatlar sistematik hal aldı. Gürcüstanın müxalif siyasi partiyaları və Gürcüstanda vəziyyətin gərginləşməsində, Azərbaycan-Gürcüstan münasibətlərinin pisləşməsində maraqlı olan qeyri-hökumət təşkilatları (QHT) təxribatlarda iştirak edirdilər. Həmin hərəkatların və QHT-lərin liderləri təxribatçı bəyanatlar səsləndirirdilər. Təəssüf ki, Gürcüstan Pravoslav kilsəsinin bəzi nümayəndələri bu təxribatlarda iştirak edirdilər.

Ə.Babayev diqqətə çatdırıb ki, bəzi qüvvələr cari il iyulun 14-də təxribatçıların sərhədə, “Keşikçidağ” ərazisinə kütləvi şəkildə gəlməsini təşkil ediblər:

“Əfsuslar olsun ki, Gürcüstan sərhədçiləri təxribatçıları saxlamadılar, hərçənd bunu etməli idilər. Nəticədə, təxribatçılar sərhədə maneəsiz çatıblar və razılaşdırılmış ssenari əsasında azərbaycanlı sərhədçiləri təhqir etməyə başlayıblar.

Aqressiv insanlar azərbaycanlı sərhədçiləri silahdan istifadəyə sövq etməyə çalışıblar və yalnız sərhədçilərimizin soyuqqanlılığı və ehtiyatlı davranışı onların planını pozub”.

Konqres sədri deyib ki, təxribatçılar sərhədçilərin onları təhqir etdiklərinə cavab olaraq atəş açacaqlarına ümid edirdilər. Lakin Azərbaycan sərhədçiləri sayəsində monastır ərazisində atəş açılmasının qarşısını almaq mümkün oldu. Bənzər təxribatların təkrar olunma təhlükəsi var.

Ə.Babayev əlavə edib ki, Gürcüstan Azərbaycanlıları Milli Konqresi təxribatların qarşısını almaq, təxribatçıları aşkarlamaq və onların destruktiv fəaliyyəti ilə qanun çərçivəsində mübarizə aparmaq üçün Gürcüstan və Azərbaycan hökumətlərini hər şey etməyə çağırır:

“Gürcüstanın Azərbaycan icması Gürcüstan və Azərbaycan hakimiyyətlərini “David Qareci” ilə bağlı mümkün olduğu qədər tez kompromis tapmağa, eləcə də, təxribatçıların dost qonşu xalqları küsdürməyə heç bir şansının olmaması üçün sərhədlərin delimitasiyası üzərində işləməyə çağırır”.

O xatırladıb ki, Azərbaycan Gürcüstan iqtisadiyyatında əsas investorlardan biridir və ölkənin başlıca xarici ticarət tərəfdaşlarındandır. Azərbaycan Gürcüstana qarşı xarici təcavüzün ən ağır dövrlərində onu dəstəkləyib, enerji daşıycılarının və humanitar yardımın tədarükünü təşkil edib. Azərbaycan beynəlxalq arenada həmişə Gürcüstanı dəstəkləyir, onun ərazi bütövlüyünün və qaçqınların qayıtmasının lehinə çıxış edir.

Azərbaycan və Gürcüstan hazırda Avropa və Asiya ölkələri üçün mühüm irimiqyaslı tranzit layihələrinin (Bakı-Tbilisi-Qars, TANAP və digər layihələr) reallaşdırılması üzrə əməkdaşlıq edirlər. Ancaq xarici qüvvələr bu layihələrin inkişafına mane olmaq, iki ölkənin əməkdaşlığında ziddiyyət yaratmaq istəyirlər. Məhz buna görə də “Keşikçidağ” ətrafında münaqişə qızışdırılır.

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Hamısı