"Havadan barıt iyi gəlməkdədir” Deputat: "Ermənistanla haqq-hesabı çürütməyin vaxtıdır"

Siyasət 16:44 15.08.2019

Xəbər verdiyimiz kimi, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan uruqvaylı həmkarı Rodolfo Nin Novoa ilə birgə mətbuat konfransı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır, və nöqtə" sözlərinə əlavə edəcək bir sözü olmadığını bildirib.

O, jurnalistlərinin məsələylə bağlı  sualına "Baş nazir hər şeyi Ermənistanın mövqeyini açıq şəkildə ifadə edib, əlavə ediləsi bir şey yoxdur. Hər şey Stepanakertdə deyildi. Xarici İşlər Nazirliyi də bəyanatında Xankəndidə deyilənləri təsdiqləyib və onları yenidən səsləndirməyə ehtiyac yoxdur", - deyə cavab verib.

Ermənistanın Xarici İşlər nazirinin bu açıqlamasına Azərbaycan parlamentinin deputatlarının mövqeyini öyrəndik.

Deputat Fəzail Ağamalı Eurasia Diary-ə bildirdi ki, Nikol Paşinyan Xankəndidə bu bəyanatı verdikdən sonra onun aparatından verilən açıqlamad abildirildi ki, baş nazir belə bir fikir söyləməyib:

“Artıq Xarici İşlər Nazirliyi  səviyyəsində bu məsələ bir daha önə çəkilir, Paşinyanın fikri təsdiq edilirsə, birmənalı şəkildə Ermənistanın işğalçı dövlət olduğu görünür. Xüsusi olaraq, problemin həlli versiyasını öz üzərinə götürən Minsk qrupuna həmsədr olan ölkələr Paşinyanın bu bəyanatına birmənalı cavab verməli və müvafiq addımlar atılmalıdır. Sülh danışıqlarının limitinin bitdiyi göz önündədir. Və Minsk qrupu, onun həmsədrləri həqiqətən özlərinə bir dövlət olaraq hörmət edirlərsə, bu cırtdan dövlətin qarşısında aciz deyillərsə, onda Ermənistana ciddi sanksiyalar tədbiq olunmalı və işğalçılığa son qoymaq üçün konkret addımlar atılmalıdır. Əgər bu olmursa, qısa zaman içərisində artıq Minsk qrupuna həmsədr olan ölkələr bunu etmirlərsə, onda təbii ki, Azərbaycan dövləti bütün imkanlarını səfərbərliyə alıb müharibəyə ciddi şəkildə hazırlanmalı və müharibə yolu ilə torpaqlarımızı azad etməlidir. Problem sülh yolu ilə həll olunmursa, onun alternativi müharibədir. Əlbəttə, heç kim istəməzdi müharibə olsun, övladlarımız şəhid olsun, bu müharibədir, qaçılmazdır və müharibənin şərtləridir. Lakin mən dəfələrlə söyləmişəm, bir daha da o fikirdəyəm ki, torpaqlarımızı biz işğal altında qoymalı deyilik. Dəfələrlə dediyim kimi, Ermənistanla, 200 ildən bəri torpaqlarımızı işğal edə-edə gəlib bu günə çatan vandal ölkə ilə nəhayət haqq-hesabımızı çürütməliyik. Və Ermənistanın işğalçılıq siyasətinə nəinki bir dəfəlik son qoymalıyıq, eyni zamanda, onu bir dövlət kimi süründürməli və atmış olduğu addımlarla həmin torpaqlarımıza da bir daha qayıtmalıyıq. Mənə elə gəlir ki, istər ölkə səviyyəsində istərsə də qurumlar səviyyəsində bütün bunlar ciddi şəkildə araşdırılır, götür-qoy edilir, həll olunur və məncə Azərbaycan dövləti yaxın zamanlarda bununla bağlı artıq konkret fikrini bildirəcək. Mənə elə gəlir ki, havadan artıq müharibə, barıt iyi gəlməkdədir”, -deyə Fəzail Ağamalı bildirdi.

Deputat Asim Mollazadə isə hesab edir ki, Paşinyanın məlum sözləri əslində Ermənistanın işğalçı dövlət olduğunun etirafıdır.

“Ermənistan qonşu ölkənin ərazisini işğal edib və Paşinyan da Azərbaycan ərazisini Ermənistana birləşdirmək barəsində bəyanat verib. Əslində bu beynəlxalq təşkilatlar üçün və ilk növbədə ATƏT-in həmsədr ölkələri üçün bir siqnaldır ki, onlar bu məsələ ilə bağlı bilavasitə müdaxilə etməli və beynəlxalq təşkilatlar işğalçıya qarşı müvafiq sanksiyalar təsdiq etməlidir. Paşinyanın bəyanatları bu gün danışıqlar prosesini demək olar ki, əhəmiyyəti itib və bölgədə çox ağır və təhlükəli vəziyyət yaranıb onun qarşısını almaq üçün Ermənistan cilovlanmalıdır. Proseslərin hamısını beynəlxalq hüquq normaları çərçivəsində görmək istəyirik və təcavüzkara qarşı müvafiq, təxirəsalınmaz addımlar atılmalıdır”, -deyə Asim Mollazadə bildirdi.

Vəfa VƏLİYEVA

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Hamısı