“Türkiyə hərbi bazası payıza kimi Azərbaycanda yerləşdirilməlidir”

"Ermənistanı yerində otuzdurmasan, hələ sabah başqa hoqqalardan çıxacaq"

Siyasət 16:24 16.08.2019

 

“Mən hesab edirəm ki, qardaş ölkənin hərbi bazasının burada olması əlavə kart-blanşdı, yəni Azərbaycan üçün əlavə bir stimuldur. Bu məsələ təcili şəkildə payıza kimi həll olunmalıdır. Yəni Milli Məclisin deputatları tətildən qayıtdıqdan sonra baxılacaq ilk məsələlərdən biri bu olmalıdır”.

Bunu Eurasia Diary-ə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov politoloq Elxan Şahinoğlunun Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi təklifinə münasibət bildirərkən deyib.

Ekspert hesab edir ki, Ermənistan heç bir halda Azərbaycana qarşı güc nümayiş etdirə bilməz, çünki onun nə iqtisadi göstəriciləri, nə hərbi göstəriciləri, nə də demoqrafik göstəriciləri ölkəmizlə müqayisəyə gələsi deyil.

“Amma buna baxmayaraq, onun arxasında dayanan böyük güclər, konkret olaraq Rusiya, Amerika, Fransa işğalçıya dolayısı da olsa dəstək verirlər. Ona görə də, mən hesab edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edilməsi məqsədi ilə NATO-nun aparıcı qüvvəsi olan Türkiyə Silahlı Qüvvələri ilə əməkdaşlıq etməlidir. Naxçıvana görə bizim narahatçılığımız yoxdur, Azərbaycana görə də narahatçılığımız yoxdur. İstənilən halda bu gün Azərbaycan öz müdafiəsini və təhlükəsizliyini təmin edir. Ancaq biz baş verən proseslərin fonunda müəyyən addımlar atmalıdır və o addımlardan biri də Elxan bəyin təklif etdiyi kimi Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsidir. O, çox düzgün qeyd edibdir.

Başa düşürəm, indi deyə bilərlər ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, ancaq hesab edirəm ki, bu Hərəkatın üzvü olan dövlətlər işğalçı Ermənistana təzyiq göstərsəydilər daha yaxşı olardı. Hansısa təşkilatda üzv olmaq olar, o təşkilatın fəalı da olmaq olar, amma gəlin reallıqda çıxış edək, 20 ildən artıqdır beynəlxalq qurumlar, konkret olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri vicdansızlıqla, vaxt itirməklə məşğuldurlar. Baxın görün, Paşinyanın son sərsəm bəyanatlarına indiyə kimi ATƏT-in Minsk qrupunun həmsədrləri zərrə qədər də olsa münasibət bildirmir. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan da öz baş nazirinin sərsəm bəyanatını təkrarladı. Yəni baxın görün, dünyada böyük dövlətlər faktiki olaraq qanunla hesablaşmırlar" -  deyən hərbi ekspert ona görə də hesab edir ki, Azərbaycan siyasi addımlar atmalıdır:

"Ümumiyytətlə, biz danışıqlar prosesindən çıxmalıyıq. Bu bəyanatlardan sonra bizim hələ danışıqlar prosesində qalmağımız, Ermənistanın guya nə vaxtsa ağıllanacağını düşünmək özümüz-özümüzü aldatmaq deməkdir. Yəni mən bunu bir qədər də radikal formada, sərt formada səsləndirirəm, amma istənilən halda bu, günün reallığıdır. Reallıq da ondan ibarətdir ki, Ermənistanı yerində otuzdurmasan, hələ sabah başqa hoqqalardan çıxacaq, o hoqqalardan ki, onların müdafiə naziri deyir ki, biz müzakirə haqqında düşünməməliyik, artıq yeni ərazilər haqqında düşünməliyik. Göyçə, Zəngəzurdan sonra ermənilərin ağzında şirə qalıb, fikirləşirlər ki, Qarabağ və hələ Qarabağdan da o tərəfə bizim olmalıdır. Amma onların arzuları ürəyində qalacaq. Bu gün Azərbaycan cəmiyyətində bədnam qonşularımızla bağlı çox sərt bir mövqe var. Elxan bəy çox düzgün qeyd edib. Mən hesab edirəm ki, bir qədər də gecikmiş addımdır. Biz bu prosesi sürətləndirməliyik. Çünki mən görürəm ki, bizim cavabdeh şəxslər bir qədər yayın təsirindənmi deyim, ya nədirsə, çox ləng tərpənirlər. Ləng tərpənmək də, heç də xoşagələn mənzərə yaratmır”.

Vəfa VƏLİYEVA

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı