Türklərin, azərbaycanlıların qanına susamış iğdırlı “Dro” Türk dosent erməni faşistdən yazır

Siyasət 10:05 19.08.2019

Türkiyənin İğdır Universitetinin dosenti Sözer Akyıldırım “Yeşil İğdır” adlı yerli qəzetdə I Dünya müharibəsi illərində türklərə və azərbaycanlılara, daha sonra II Dünya müharibəsi dövründə yəhudilərə qarşı kütləvi qətliamlar törətmiş erməni faşistdən-“Dro” ləqəbli Drasamat Kanayandan yazır.

Virtualaz.org xəbər verir ki, Akyıldırım məqaləsində “Dro”nun indiki dövrdə Türkiyə türkləri arasında tanınmadığını, amma Azərbaycanda nifrət edilən bir şəxs olduğunu qey edir. Bildirir ki, ömrünü türklərin kökünü qazımağa həsr etmiş qatil olan “Dro” 1914-1918-ci illərdə Erzurum Ərzincan, Van və Qars vilayətlərində 200 minə yaxın müsəlman əhalinin qətlinə görə birbaşa məsuliyyət daşıyır.

Sözer Akyıldırım

Müdafiəsiz türk və müsəlman kəndlərini bombalayıb işğal edən, bir nəfərin belə kəndi tərk etməsinə imkan verməyib qadınlı, uşaqlı hamını qıran cani, türklərin və azərbaycanlıların sistemli qətlini həyata keçirən, etnik təmizləmə aparan qatil 1884-cü il mayın 31-də o dövrlərdə Rusiya imperiyasının tərkibində yer alan İğdırda dünyaya gəlib. Atası tacir olub, uşaq yaşlarında İğdırda məktəbə yazılıb. Məktəbin ətrafında yerləşən hərbi birlikləri müşahidə etməkdən böyük xpşbəxtlik duyurdu. Belə ki, rus işğalı dövründə İğdırda Rusiya ordusunun piyada birlikləri, kazak dəstələri və sərhəd keşikçiləri yerləşirdi.

Sonradan oğlunun kitabla, dərslə maraqlanmadığını görən atası Martiros onu İğdırdakı məktəbdən çıxarıb İrəvan Gimnaziyasına qoydu. Drastamat orada da yaxşı oxumurdu, təhsil rus dilində idi və ruslaşdırma siyasəti aparılırdı. Bu da Drastamatın xoşuna gəlmirdi. Nəhayət o, general Andranikin Osmanlı imperiyasındakı nailiyyətlərindən ruhlanaraq “Daşnaksütun” hərəkatına üzv olub, daşnakların təşkil etdikləri aksiyalara qatılıb. 1905-ci ildə Bakıda meydana gələn erməni-müsəlman qarşıdurmaı zamanı şəhər meri, ermənilərin ölümünə görə günahkar saydığı Nakaşidzeni küçənin ortasında bomba ilə öldürüb. O vaxt Drastamatın cəmi 21 yaşı vardı.

Drastamat I Dünya müharibəsi illərində Rusiya imperiyası ordusuna bağlı erməni könüllü alaylarında qulluq edib. Könüllü alayın ikinci batalyonunun tərkibində ilk dəfə Bəyazit yaxınlığında döyüşə girib, 24 saat davam edən döyüşlərdə “Dro” ağır yaralanıb. Amma sağ qalıb. Onun batalyonu sonradan Osmanlı ordusuna qarşı 11 döyüşə qatılıb, bu döyüşlərdə “Dro” populyarlaşıb və tanınan hərbi lider olub.

1918-ci ildə Erməni Milli Məclisi “Dro”nun qarşısında Ağrını tutmaq vəzifəsi qoyub, həmin ilin aprelində qurulan Ermənistan Demokratik Respublikası onu “Qərbi Ermənistanın hərbi komissarı” təyin edib. Qars və Ərzurum cəbhələrində Osmanlı ordusuna qarşı döyüşüb, həmin il Ermənistan Müdafiə Naziriliyinə təyin edilib.

 1918-ci ildə “Dro”nun qüvvələri İğdıra hücuma keçir, amma Mələkli-Taşburun arasında gedən döyüşlərdə İğdır Milli Cümhuriyyəti başqanı, İrəvan gimnaziyasında tələbə yoldaşı və dostu olmuş Əli Əkbər Tufanın komandanlıq etdiyi qüvvələrə məğlub olur. Əsir düşməkdən son anda canını qurtarır.

1920-ci ilin əvvəllərində “Dro” Azərbaycan torpaqlarından Şuşa yaxınlarına qədər irəliləyib. Həmin il Novruz bayramı günlərində Qarabağ erməniləri üsyan qaldırmışdı. Bu üsyanda minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi. 7 mindən çox ev yandırıldı, “Dro” və adamları Şuşada da qətliam törətdilər və minlərlə azərbaycanlını öldürüb mal-mülklərini qarət etdilər. Həmin ilin aprelində Azərbaycanı işğal edən Qırmızı Ordu “Dro”ya Qarabağdan çəkilmək barədə ultimatum verir.

 

1920-ci il noyabrın 14-də İğdır Atatürkün silahdaşı Kazım Karabekirin komandanlıq etdiyi qüvvələr tərəfindən ermənilərdən təmizlənərkən “Dro” Gümrü anlaşmasını imzalayan erməni heyətin tərkibində yer alırdı. Həmin ilin dekabrında Ermənistandan qaçan “Dro” İrana, oradan Almaniyaya yerləşir.

Almaniyadakı sürgün illərində “Dro” faşistlərin yüksəlişini yaxından izləyirdi və Hitlerin başçılıq etdiyi Milli Sosialist Əmək Partiyası hakimiyyətə gələndə onun da uluzu parladı. “Dro” Hitlerlə yaxından tanış oldu, Hitler başqa irqlərdən olanlara güvənməsə də erməni faşistin hansı kütləvi qətliamlar törətdiyini bilib ona tam səlahiyyət verdi, general rütbəsi iə təltif edib SS birliklərinin tərkibində 812-ci erməni polku yaratmasına nail oldu.

 

Sonradan “Erməni legionu” adlanan bu polkun vəzifəsi əvvəlcə Almaniyada yəhudiləri təmizləmək, müharibənin sonrakı mərhələsində isə türklərə qarşı döyüşmək idi. Türklərə və azərbaycanlılara qarşı qətliamlarla ad çıxarmış “Dro” tezliklə yəhudi qətliamları ilə də faşistləri heyran qoydu. SS içərisində “yəhudi ovçusu” kimi şöhrət qazandı. Hitler onu Krımda və Şimali Qafqazda idarəçi təyin etməyə hazırlaşırdı.

 

Amma faşist Almaniyası müharibədə məğlub olanda “Dro” üçün bir daha “qürbət yolları” görünür. Şübhəsiz ki, SSRİ onu amansız vətən xaini hesab edirdi, KQB-nin hazırladığı siyahıda ən öəmli hərbi canilər arasında yer alırdı. ABŞ, İsrail və SSRİ müharibə canilərinin ovuna başlamışdı. “Dro” yaxalanmamaq üçün Beyruta gedir, orada bir müddət gizlənir.

Bir müddət sonra liqanlı bu qatil erməni diasporunun yardımları sayəsində “mühacir” statusunda ABŞ-a yerləşir, özü ilə bütün ömrü boyu rahat yaşamağ bəs edəcək qədər sərvət də götürərək Massaçustes ştatının Boston şəhərində yaşamağa başlayır. Orada FTB “Dro”ya tək xəbərdarlıq etmişdi-“səsini kəs, az danış”. Və “Dro” bu xəbərdarlığa əməl edir, ABŞ-da yaşadığı dövrdə yəhudi agentləri birdəfə də olsun onu narahat etmir. 1956-cı ildə 72 yaşında ölür və Massaçustesdə basdırılır.

Nəhayət 1990-cı illərdə sonrakı nəsil erməni faşistləri Ermənistanda baş qaldıranda “Dro”nun qalıqlarının Ermənistana gətirilib dəfn olunması məsələsi qalxır. Erməni xalqının bu “milli qəhrəmanının” qalıqlarının Ermənistana gətirilməsi üçün diaspora yardım çağırışı edilir. Qısa müddət ərzində-iki günə diaspor bu işə 1 milyon dollar toplayır və Yerevana göndərir. 2000-ci prezident  Robert Köçəryan “Dro”nun sümüklərinin Ermənistana gətirilib Aparan şəhərində, piramida şəkilli abidə-məzarda dəfn edilməsini təşkil edib.

 

Müəllif daha sonra ABŞ-ın Osmanlı Türkiyəsindəki səfirliyinin müşaviri Robert Dannın I Dünya müharibəsində gördüklərindən bəhs edən və 1952-ci ildə Nyu-Yorkda çapdan çıxmış kitabında “Dro”nun törətdiyi qətliamlar barədə səhnəni sitat gətirir:

“...Sonra “Dro”nun birlikləri gəldi. Sırada əvvəlcə düz qara saçlı, iri gözlü müsəlman qız uşağı vardı. Ən çoxu 12 yaşında olardı. Onu az əvvəl qarət etdikləri çuvallardan yerə tökülmüş taxıl dənələrinin üstünə üzü üstə yatırtdılar. Ermənilərdən biri ətrafa çox qan sıçramasın deyə tüfəngini dərhal onun iki köksünün arasına uzatdı və bu məsafədən tətiyi çəkdi. Atəş etdiyi nöqtədə qurbanın əldə toxunma paltarı dərhal qana boyandı...

Ardınca sıra 10 yaşında, bəlkə də daha kiçik müsəlman oğlan uşağına gəldi. Üstündə xam dəridən jaket və şalvar var idi. Ermənilər onu yola üzü üstə uzatdılar, bu vaxt uşağın əlindəki qalaylı qab düşüb diyirləndi. Onu da vurdular. Güllə uşağın alnının bir az aşağısından girib onurğasını parçaladı. Bu arada ətrafdakı müsəlman kəndlərində qırğın bütün gücüylə davam edirdi. Ancaq mən bu mənzərəyə daha baxa bilmədim. Sonradan “Dro”nun yanındakı erməni polkovnik kənddən tək bir canlının belə qaça bilmədiyini, hamısını bir-bir öldürdüklərini danışdı...”

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı