"Keşikçidağ" yaxınlığındakı ərazilərə baxış keçirilib | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


"Keşikçidağ" yaxınlığındakı ərazilərə baxış keçirilib

Siyasət A- A A+

"Gürcüstan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə  komissiyanın ekspert qrupları dövlət sərhədinin razılaşdırılmamış hissələrində birgə işlərini davam etdirir".

Eurasia Diary xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanata görə, avqustun 20-də Vaxtangisi kəndi və "Keşikçidağ"  məbəd kompleksinin yaxınlığındakı ərazilərə baxış keçirilib.

“Ekspertlər bu ərazilər üzrə iki ölkənin komissiyalarının mövqelərini müzakirə və fikirlərini təqdim ediblər. Görülən işlərin nəticələrinə baxılması üçün komissiyanın sədrlərinə məlumat veriləcək. Ekspertlərin əraziyə baxışı üzrə birinci mərhələnin avqustun 23-dək davam etməsi gözlənilir, bundan sonra qalan  bölmələrə baxış üçün ikinci mərhələsinin ən qısa müddətdə planlaşdırılması nəzərdə tutulub.  Daha sonra Tbilisidə, ehtimal ki, sentyabr ayında komissiya iclası planlaşdırılır ”, - deyə nazirlikdən bildirilib.(apa.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...