"Təyyarə hadisəsi ilə əlaqədar, fikrimcə 3 səbəb mümkündür: 1) Təyyarədə texniki nasazlıq; 2) Pilotun halında problemlərin yaranması; 3) Xarici müdaxilə".
Eurasia Diary xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin keçmiş prezidenti, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Sabit Bağırov özünün feysbuk hesabında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsinin Xəzərə düşməsi ilə bağlı hadisəyə münasibət bildərərkən deyib.
"1-ci və 2-ci səbəblərin əsas rol oynayıb-oynamaması "qara qutu"nun təhlilindən müəyyənləşə bilər. Bunlardan hansısa əsas olubsa, günahı müvafiq strukturlarda axtarmaq lazımdır. 3-cü səbəb əsas olubsa kimsə (daxilimizdən) günahkar deyil. Günahkar xarici hərbi qüvvələr və ya quşlardır. 3-cü səbəbin əsas olub-olmaması təyarənin qırıntılarından tam aydın ola bilər. Xarici hərbi güvvələr səbəb olubsa, bunlara cavab vermək tələb olunur (bacarsaq). Quşları cavabsız da qoymaq olar. Geci-tezi həqiqət bilinəcək".