Ermənistan Prezidenti Armen Sərkisyan keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın hərbi rütbəsinin əlindən alınması ilə bağlı əmri ləğv edib.
Eurasia Diary xəbər verir ki, bu məlumat Ermənistan prezidentinin rəsmi saytında yer alıb.
Qeyd edək ki, Arutyunyan 1999-2000-ci ildə Ermənistanın müdafiə naziri olub. Ermənistan parlamentindəki teraktdan sonra onun o zamankı prezident Robert Köçəryanla münasibətləri pisləşib. Müdafiə naziri vəzifəsindən istefa verən Arutyunyan qərbyönlü Respublika Partiyasına qoşulub. Daha sonra Köçəryan onun general-leytenant rütbəsinin əlindən alınması ilə bağlı əmr imzalayıb.