Vilayət Eyvazov Arif Alışanovun qardaşını işdən çıxardı | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Vilayət Eyvazov Arif Alışanovun qardaşını işdən çıxardı

Siyasət A- A A+

Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.

Eurasia Diary "apa"ya istinadən xəbər verir ki,  Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin katibliyinin rəisi, polis polkovniki Kamil Abbasov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi Vüsal Məmmədov təyinat alıb.

V.Eyvazovun digər əmri ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi Akif Alışanov (Qorçubəyli) tutduğu vəzifədən azad edilərək Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin edilib.

Qeyd edək ki, A.Alışanov AzTV-nin sabiq rəhbəri Arif Alışanovun qardaşıdır. Akif Alışanov bir müddət əvvəl soyadını dəyişdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...