Unutqanlara xatırladaq ki, ilin əvvəlindən xəbər verdiyimiz kimi, sabah- sentyabrın 8-də qondarma separatçı-terrorçu erməni rejimi müstəqil(!) Azərbaycan Respublikasının torpaqlarında növbəti de-fakto seçki keçirir.
Eurasia Diary "moderator"a istinadən xəbər verir ki, dünən –sentyabrın 6-ı saat 13:00-da “SMS-sorğu”nun nəticələrinə görə, şəhər, rayon, qəsəbə və kəndlərimizdəki yerli idarəetmə orqanlarına rəhbərlik etməyə namizəd ermənilər arasında qaliblər açıqlanıb. Məsələn, Xankəndi şəhərimizə səslərin 69,3 faizini yığan David Sərkisyan, Şuşa şəhərimizə Artsvik Sərkisyan, Kəlbəcərimizdəki Həsənriz(“Aterk”) kəndimizə Vardan Qriqoryan, Çildıran kəndimizə David
Qulyan, Əsgəran şəhərimiz yaxınlığındakı Naxçıvanik kəndimizə Sevak Petrosyan, Xocavənd rayonumuzdakı Azıx kəndimizə Levon Əsiryanın və s. başçılıq edəcəyi gözlənilir.