Xəbər verildiyi kimi, 5 senyabr 2019-cu il tarixində Göygöl rayonunun Çaykənd kəndində iki erməni saxlanılıb. Rusiya vətəndaşı olan erməni ər və arvad kənddə foto çəkərkən diqqəti cəlb edib.
Saxlanılan zaman məlum olub ki, milliyyətcə erməni olan bu şəxslər Rusiya pasportu daşıyır. Məlumata görə, saxlanılanradan biri Marqarisa Zakaryan Qranovundur. Digər erməninin isə şəxsiyyəti dəqiqləşdirilir.
Etimada layiq olan mənbələrdən Turan-a daxil olan məlumata görə, yoxlama və profilaktik söhbətdən sonra saxlanılan şəxslər sərbəst buraxılacaq.
Ermənilərin saxlanılmasına cəbhə xəttinin bilavasitə yaxınlığında xüsusi hərbi dövr rejimi qüvvədə olan yerdə olmaları səbəb olub.