Moskvadan İrəvana təşəkkür - buna görə | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


Moskvadan İrəvana təşəkkür - buna görə

Siyasət A- A A+

Moskva Ermənistanın II Dünya müharibəsinin tarixinin təhrif edilməsiylə mübarizə məsələsində prinsipial yanaşmasını və Polşadakı tədbirdə İrəvanın iştirak etməməsini yüksək qiymətləndirir.

Eurasia Diary xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri II Dünya müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar keçirilən dəyirmi masada çıxışı zamanı söyləyib.

“Bu sübut edir ki, Ermənistan və onun xalqı öz sələflərinin uğurlarını yüksək dəyərləndirirlər. Erməni dostlarımızın digər qardaş xalqlar kimi, bu addımı növbəti dəfə sübut edir ki, bu bizim ümumi qələbəmizdir və bizim xalqlar arasında parçalanma yaratmaq cəhdləri uğursuzluğa düçar olub”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Polşada II Dünya müharibəsinin başlanmasıyla bağlı tədbir keçirilib. Tədbirə Rusiya dəvət edilməyib, Ermənistan isə tədbirə qatılmaqdan imtina edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...