"Rusiyanın Sverdlovsk vilayətindən Azərbaycana ixrac missiyalarının təşkil edilməsi planlaşdırılır.
Eurasia Diary xəbər verir ki, bunu vilayətin beynəlxalq münasibətlər və xarici iqtisadiyyat üzrə naziri Vasiliya Kozlov bildirib.
Onun sözlərinə görə, missiyalar 2020-ci ildə həyata keçiriləcək, tibb, kimya və İnformasiya Texnologiyaları sahəsi üzrə fəaliyyət göstərən şirkətləri əhatə edəcək.