Bakıda Nuru Paşaya heykəl qoyulacaqmı? Səfir açıqladı - EKSKLÜZİV

Siyasət 12:22 15.09.2019

Xəbər verdiyimiz kimi bu gün Bakının erməni-bolşevik işğalından azad edilməsinin 101-ci il dönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bu gün Bakının işğaldan azad edilməsinin 101-ci il dönümü münasibətilə  Bakıdakı türk şəhidliyində anım tədbiri keçirilib. Tədbirə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan millət vəkili Qənirə Paşayeva, Türkiyə və Azərbaycan ordusunun yüksək rütbəli zabitləri, Qarabağ və Kipr qaziləri, hər iki ölkədən olan millət vəkilləri, ictimai xadimlər, dövlət rəsmiləri, ictimai xadimlər, KİV nümayəndələri və s. iştirak edib.

Tədbir Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın çıxışı ilə başlayıb. E. Özoral çıxışında şəhidlikdə dəfn edilən Qafqaz İslam Ordusunun əsgərlərinin ruhlarına xitab edib:

“Vətən uğrunda şəhid olan əziz şəhidlər Bakının qurtuluşunun 101-ci il dönümü münasibətilə bu gün bir kərə daha mənəvi hüzurunuzdayıq. Qazandığınız zəfər böyük türk millətinin tarixinə böyük bir dönüş nöqtəsi kimi yazılmış və Azərbaycan Respublikasının bugünkü sərhədləri daxilində var olmasının yolunu açmışdır. Anadoludan gələrək bu torpaqlarda qalan 1130 şəhidimiz bu gün Azərbaycanlı qardaşlarının sevgi və şəfqət dolu sinəsində yatmaqdadır. Ruhları şad olsun! Hamınızın bayramı mübarək olsun!”.

E. Özoralın çıxışından sonra Bakıdakı türk şəhidliyi və Şəhidlər Xiyabanı tədbir iştirakçıları tərəfindən ziyarət edilib.

Tədbirin sonunda E. Özoral Eurasia Diary-nin müxbirinin suallarını cavablandırıb. E. Özoral əvvəlcə bu günün  tarixi əhəmiyyəti və önəminə diqqət çəkib:

“Birinci dünya müharibəsinin sonlarında Osmanlının artıq süqut edəcəyi hər kəsə bəlli idi. Süqutun ərəfəsində olmasına baxmayaraq Osmanlı ən yaxşı əsgər və zabitlərini seçərək Azərbaycana göndərdi, qardaşına yardım əlini uzatdı və Azərbaycanın müstəqilliyi uğrunda mübarizə apardı. Bu bizim bir-birimizə verdiyimiz dəyəri göstərir. Eyni şəkildə Azərbaycan türkləri də Sovet işğalı altındaykən belə Anadoludakı türk qardaşlarına kömək etdi, səylər göstərdi, daim yardım üçün yollar axtardı. İki tərəf də heç bir zaman bir-birinə dəstək olmaqdan çəkinmədi, geri durmadı”.

Səfir həmçinin Türkiyə və Azərbaycan arasındakı münasibətlərin hazırki durumunu da dəyərləndirib:

 “Bu gün də Türkiyə və Azərbaycan bir-birinə güc verən, bir-birindən güc alan iki dövlət oldu. Artıq Azərbaycan Türkiyədə ən böyük xarici investora çevrilib. Türkiyə də öz növbəsində Azərbaycanda ən böyük investisiyalara sahib dövlətlərdən biridir. Azərbaycanda ən çox xarici şirkət Türkiyəyə məxsusdur. Bu bizim bir-birimizə verdiyimiz gücün ən gözəl örnəyidir. Mən bundan sonra iki ölkənin əl-ələ daha da gözəl bir gələcəyə irəliləyəcəyindən əminəm. Azərbaycan və Türkiyə öz regionlarının ən güclü dövlətlərinə çevrilməkdədir. İnanıram ki, daha gözəl bir gələcəyimiz olacaq. Mən bir daha bizə bu bayramı ərmağan edən bütün şəhidlərimizə, qazilərimizə təşəkkür edirəm. Və hamımızın 15 sentyabr bayramını təbrik edirəm”.

Eurasia Diary müxbirinin “Nuru Paşaya Bakıda bu il bir abidə qoyulacaqmı?” sualına E. Özoral, “İnşallah o da olacaq” deyərək cavab verib.

Qeyd edək ki, E. Özoralın bundan əvvəl “inşallah olacaq” dediyi viza məsələsi bir müddət əvvəl həll edilmiş və viza rejimi Azərbaycan tərəfindən ləğv edilmişdi. Bu minvalla qısa zamanda Bakıda Nuru paşanın heykəlini görə bilərik...

  

Nicat İSMAYILOV

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı