Bakıdakı qardaşlarımızı düşmən işğalından xilas edən Qafqaz İslam Ordusunun əziz komandanı Nuru Paşanı və onunla birlikdə qardaşlarımızı qurtarmaq üçün canlarını sipər edən qəhrəman şəhidlərimizi və qazilərimizi rəhmətlə anırıq.
Eurasia Diary xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu Tvitter hesabında yazıb.
“Bakının düşmən işğalından qurtuluşunun 101-ci ildönümü qutlu olsun. Qədim türk şəhəri Bakı inşallah qiyamətə qədər hürr qalsın”, - Topçu bildirib.