Oktyabrın 3-də Bakıda Dünya Türkologiya Mərkəzi tərəfindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) yaradılmasının 10 illiyinə həsr olunan toplantı keçiriləcək.
Eurasia Diary xəbər verir ki, saat 11-də Mərkəzi Elmi Kitabxanada təşkil olunan toplantıda Azərbaycandan və Türk dünyasının müxtəlif yerlərindən alimlər, ziyalılar, QHT-lərin və bir sıra xarici ölkələrin nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, Türk Şurası 2009-cu il oktybarın 3-də Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Bu ilin 14-15 oktyabr tarixində isə Bakıda Türk Şurasının 7-ci Sammiti keçiriləcək.