"Kasıb ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə dəstək göstərməliyik" Millət vəkili

Siyasət 17:28 30.09.2019

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının ilk iclasında  Azərbaycan Respublikası MM-in payız sessiyasının inzibati işlər planı ilə bağlı müzakirələrində çıxış edərək təhsil kreditləri haqqında qanunun payız sessiyası zamanı müzakirəyə çıxarılaraq qəbul olunmasına çağırıb.

Eurasia Diary-nin məlumatına görə, millət vəkili bildirib ki, maddi imkanlarının aşağı olması üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən, xüsusilə rayonlardan, kəndlərdən olan gənclərin sayı artır. O bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Bu il Tovuzdan ali məktəblərə daxil olan 15 gəncin təhsil haqqını ödəyə bilmədikləri üçün oxumaqdan vaz keçmək istədiyini deyən millət vəkili Q.Paşayeva öz imkanları hesabına, müəyyən imkanlı şəxslərə və qurumlara müraciət etməklə həmin gənclərin təhsil haqlarının ödənişinə nail olduqlarını dedi:

"Təhsil haqqının ödənişi ilə yanaşı yataqxanaların sayının azlığı səbəbindən ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumalıdır. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər ki, bu bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik. Çünki bəzi ailələrin övladları orta məktəbdə nə qədər yaxşı oxusalar da, bu qədər çətinliyi görüb övladlarına ali təhsil verməkdən vaz keçirlər və bu cür insanların sayının artması bizi ciddi narahat etməlidir və təhsil kreditlərinin yüksək səviyyədə öz həllini tapması da bu cür ailələrin sayının artmamasına kömək edə bilər. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək. Mən təklif edirəm ki, bununla bağlı qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılsın”. 

Millət vəkili Q.Paşayeva eyni zamanda gələn ilin büdcəsinin müzakirələri zamanı ali təhsil məktəblərinin yataqxanalarının sayının artmasına, tikintisinə xüsusi diqqət yetirməyin və vəsait ayırmağın və qısa zamanda daha çox yataqxanaların tikintisinə vəsait ayırmağın vacibliyini vurğulayıb.

Millət vəkili Q.Paşayeva cənab Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban  xanım Əliyevanın hər zaman fiziki və sağlamlıq imkanları məhdud şəxslərə, əlillərə yüksək diqqət və qayğı ilə yanaşdıqlarını, bunun bariz nümunələrindən olan I və II qrup əlillərin ali təhsil haqqından azad edilməsi haqqında  Prezidentin imzaladığı Sərəncamı xüsusi olaraq qeyd edərək, cənab Prezidentə və 1-ci vitse-prezident Mehriban Əliyevaya bir daha təşəkkürünü bildirdi. Millət vəkili bildirdi ki, oxumaq arzusunda olan III qrup əlillər də müraciət edərək onların da təhsil haqqından azad edilməsini xahiş edirlər və III qrup əlillərin təhsil haqqından azad edilməsi məsələsinin yaxın zamanlarda öz həllinin tapması üçün müvafiq qurumlara və MM-ə çağırış edib. Millət vəkili Q.Paşayeva III qrup əlillərin daha çox ali təhsil almasına meylliyin artması istiqamətində bu addımın ciddi stimullaşdırıcı, xüsusi rol oynaya biləcəyini deyib.

Millət vəkili Q.Paşayeva 18 yaşına çatmamış uşaqlara energetik içkilərinin satışının qadağan edilməsi təklifi ilə bir daha çıxış edib. Energetik içkilərin açıq və gizli reklamının çox güclü aparıldığını və bunun uşaqlarda və gənclərdə bu içkilərə aludəçiliyin artmasına əsas səbəblərdən biri olduğunu deyən millət vəkili Q.Paşayeva energetik içkilərin 18 yaşına çatmamış uşaqlara satışının qadağan edilməsi istiqamətində addımların atılmasına çağırıb. Eyni zamanda energetik içkilərin televiziyalarda, KİV-də reklamının uşaqlarda və gənclərdə onlara aludəçiliyə gətirib çıxaran əsas amillərdən biri olduğunu qeyd edən millət vəkili Q.Paşayeva bununla bağlı həmkarı Musa Quliyevin “Reklam haqqında” qanunda energetik içkilərin reklamının qadağan edilməsinin vacibliyi ilə bağlı təklifini dəstəklədiyini deyib və bununla bağlı zəruri addımların görülməsinə çağırıb.Millət vəkili Qənirə Paşayeva “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin Milli Məclisdə payız sessiyasının gündəliyinə salınmasını yüksək qiymətləndirib və deyib ki, mütləq bu sessiya çərçivəsində bu qanunun qəbul edilməsinə ehtiyac var və onun müzakirəsi və qəbulunun gələn sessiyalara qalmaması, məhz bu sessiyada qəbul olunmasını minlərlə ailə gözləyir:

"Bu qanun layihəsinin  qəbuluna ciddi ehtiyac var. Çünki bu qanun layihəsinin qəbulunu illərdir gözləyən insanlarımız, ailələrimiz var. Uzun illər övlad həsrəti ilə yaşayan insanlarımız bu sənədin qəbulunu səbrsizliklə gözləyirlər. Çox xahiş edirəm ki, artıq bu yöndə qanun layihəsi müzakirələrə çıxarılsın və qəbul edilsin, insanların intizarına son qoyulsun. Bu baxımdan, “Reproduktiv sağlamlıq haqqında” Qanunun payız sessiyasında qəbulu çox vacibdir .”

Millət vəkili Q.Paşayeva eyni zamanda Azərbaycanın işğal olunmuş torpaqları ilə əlaqədar xüsusi qanunun hazırlanmasının vacibliyini qeyd edib və bildirib ki, bu qanunun parlamentdə qəbul olunmasına ehtiyac var və bu, qanunun qəbulu bu sahədə xoşagəlməz halların qarşısının alınmasında önəmli addımlardan biri ola bilər.Millət vəkili Q.Paşayevanın MM-in iclasında çıxış videosunu bu linkdən izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=snJPgS1vgqA&feature=youtu.be

Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO

Xəbər xətti

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər” - VİDEO
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Hamısı