Putinlə Paşinyan arasında sensasion əhvalatlar Nikol konyak şüşəsini boşaldır və Vladimiri qucaqlayır...

Siyasət 09:24 07.10.2019

Ermənistan baş naziri Nikol Paşinyan ötən həftə, Yerevanda keçirilən Avrasiya İttifaqı sammiti zamanı özünü qəribə aparıb və Rusiya prezidenti Vladimir Putinlə əməlli-başlı məcara yaşayıb.

Virtualaz.org xəbər verir ki, bu haqda 7or.am internet portalı yazır.

“Nikolun Köçəryanla Putinin görüşünə qədər və ondan əvvəlki ağlasığmaz məcaraları  haqda” ironik başlıqlı məqalədə deyilir ki, Paşinyan sammit zamanı əvvəlcədən Putinlə ayrıca görüş planlaşdırmışdı. Lakin görüşdə nədən danışılacağı məlum olmadığına görə Putinin protokol xidməti görüşü qrafikə daxil etmədi.

Artıq Putinin Ermənistana ayaq basan kimi Paşinyan protokol qaydalarını kobud şəkildə pozdu-onu nə aerportda, nə də prezident kortejinin gəldiyi iqamətgahın qarşısında qarşılamadı. Putinə bu cür soyuq qarşılama mərasimi təşkil etsə də Paşinyan onunla ikilikdə görüşə nail olmaq istəyirdi.

“Nəayət Paşinyan Putinlə ayrıca görüşə...restoranda nail oldu. Şam yeməyi zamanı o, Putindən ayrıca görüş xahiş etdi. Protokol xidmətinin əməkdaşları çox qısa zamanda iki ölkənin bayraqlarını gətirdi və “Dvin” otelində görüş təşkil etdi, bu da Rusiya tərəfini əməlli-başlı təəcübləndirib şoka saldı”,-nəşr yazır.

Beləliklə, otelin restoranında baş tutan görüş zamanı iki ölkə başçıları bir neçə mövzuya toxundular. Onlardan birincisi Rusiyanın Ermənistana satdığı qazın qiyməti idi. Lakin Paşinyanın bu məsələ ilə bağlı sualını “Qazprom”un rəhbəri Aleksey Millerə yönəltdilər, ona başa saldılar ki, qazın qiyməti dövlət başçıları səviyyəsində həll ediləcək məsələ deyil.

Sonra görüşdə Ermənistanın eks-prezidenti Robert Köçəryanın taleyini müzakirə ediblər. ”Putn birbaşa deyib ki, heç kim Köçəryana qarşı irəli sürülmüş ittihamlara və onun barəsində Ermənistan hakimiyyətinin versiyasına inanmır. Nikolun adamlarından bəziləri Köçəryanın azadlığa buraxılmasını hansısa formada qazın qiymətinin aşağı salınması ilə əlaqələndirməyə çalışıb, amma buna sərt reaksiya verilib”,-nəşr yazır.

O da bildirilir ki, Paşinyan Putini yaxınlıqdakı hökumət bağ evinə dəvət edib, amma bu dəvət rədd olunub. Nəhayət Putin Paşinyana bildirib ki, o Köçəryanın arvadı Bella Köçəryanla səfirlikdə görüş planlaşdırır.

Paşinyan bu xəbərdən pərt olaraq əvvəlcə özünə yaxın resurslarda görüşün olmadığı haqda xəbər yaydırıb. “Sonra görüş faktını Köçəryanın və Putinin rəsmi nümayəndələri təsdiq edəndə başqa yol qalmayıb, belə xəbər yayıblar ki, görüş Bella köçəryanın təşəbbüsü ilə olub və çox qısa çəkib”,-məqalədə bildirilir.

Əslində isə görüş təşəbbüsü Rusiyadan gəlmişdi və bir neçə həftə əvvəl planlaşdırılmışdı. Üstəlik Köçəryanın özü ilə görüş planlaşdırılmışdı, amma eks-prezidentin həbsdən buraxılması baş tutmayıb. Paşinyan belə görüşün olacağını təxmin edərək Köçəryanın həbs müddətinin uzadılmasına nail olub. Nəticədə Putinlə Bella Köçəryan və oğlu Levon görüşüblər.

“İndiki halda mühüm emsaj Putinin keçmiş həmkarı və dostu ilə görüşüdür. Bu, özündə həm insani, həm siyasi mesaj əks etdirir”,-nəşr yazır.

 

Nəhayət Putinlə düz-əməlli söhbət edə bilməyən Nikol qərara alır ki, onu aerportdan yola salsın. Paşinyanın koreteji aerporta gedən yolda Putinin kortejinin “quyruğunda” gedirdi. Ermənistan baş naziri Putinin kortejini ötməyi əmr edir, amma bu göstəriş dar yolda az qala iki ölkə rəhbərlərinin təhlükəsizlik xidmətlərinin avtomobillərinin toqquşmasına gətirib çıxaracaqdı.

Nəhayət bu anlaşılmazlığa son qoyulur, qonaqlar ev sahibinin kortejini qabağa buraxır. “Zvartnots” aerportunda Paşinyan Putini qarşılayır və yenə söhbətləşməyin təklif edir. Görüş isə hansısa mühüm məsələ ilə bağlı deyil, spirtli içki içilməsinə həsr olunur. Özü də normadan artıq. Putin nəzakət xatirinə şərabın dadına baxır, Paşinyan isə konyakt butulkasını tək boşaldır. Jurnalistlər onun Putini təyyarənin trapından yola salarkən bərk-bərk qucaqlamasını da məhz içinin təsiri ilə izah edirlər...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
Hamısı