Ermənistan Türkiyəyə qarşı çıxdı - "Ankara Suriyanın işğalını dayandırmalıdır" | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


Ermənistan Türkiyəyə qarşı çıxdı - "Ankara Suriyanın işğalını dayandırmalıdır"

Siyasət A- A A+

Ermənistan Xarici İşlər nazirliyi Türkiyənin Suriyadakı hərbi əməliyyatlarını qınayan bəyanat yayıb.

Eurasia Diary Tert.am saytına istinadən sözügedən bəyanatı təqdim edir:

"Ermənistan regional təhlükəsizliyə hədə olacaq, sivəllərin həyatı üçün təhlükə yaradacaq, kütləvi qaçqın axınına səbəb olacaq, yeni humanitar böhran yaradacaq Türkiyənin Suriyanın Şimal-Şərqinin hərbi işğalını qınayır.

Bu hərbi işğal kütləvi şəkildə insan hüquqlarının pozulmasına əsaslanan qaınılmaz kimlik təhlükəsi yaradacaq. 

Ermənistan bu hərbi işğalı dayandıracaq, böyük itkilərin qarşını alacaq, Türkiyə ilə sərhəddə yaşayan Suriya əhalisini qoruyacaq effektiv beynəlxalq addımların atılmasına çağırış edir.

Ermənistan Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Suriyaya və onun xalqına qarşı hərbi hücumların dayandırılmasını tələb edir.

Ermənistan dost Suriya xalqına yardımlar etməyə davam edəcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...