Abxaziyada erməni batalyonları döyüşüb Gürcü politoloqdan sensasiya

Siyasət 13:06 10.10.2019

Gürcüstan Ermənistanın ərazi iddialarından ehtiyat etməlidir. Ermənistanın gözlədiiyi Gürcüstan və Rusiya arasında konfliktin qızışmasıdır. O, Samçxe-Cavaxetini etnik olaraq, Abxaziyanı isə hələlik iqtisadi cəhətdən ələ keçirib. Amma Abxaziyanı etnik cəhətdən də ələ keçirmək üzrədir. Orada digər xalqları və ilk növbədə abxazların özlərini sıxışdıracaq yeni mərhələ başlayır. Bu gün Gürcüstan Abxaziyada olmasa belə, bu proseslərə laqeyd qala bilməz.

Bu barədə ötən gün Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev sosial şəbəkələrdə yazıb.

Vəziyyət nə dərəcədə ciddidir, Gürcüstan təhlükə üçün nə dərəcədə əsas olduğunu düşünür?

Media.Az bunları gürcü politoloq Georgi Mdivani ilə müzakirə edib:

- Gürcüstan hökuməti hər zaman xalqın və dövlətin maraqlarından çıxış etməlidir. Və hər zaman unutduğumuz reallıqları artıq nəzərə almalıyıq. Cavaxetiyaya gəlincə, təbii ki, orada erməni icması mövcuddur. Bu bölgənin sakinləri, təəssüf ki, gürcü dilində yaxşı danışmır. Lakin tarixən Gürcüstan həmişə tolerant ölkə olub.

Bunu ən azı gürcü kilsəsinin, məscidin, sinaqoqun və erməni kilsəsinin eyni küçədə olması sübut edir. Heç bir münaqişə Gürcüstanın maraqlarına uyğun deyil. Biz bütün problemləri yalnız sülh yolu ilə həll etməliyik. Həm Osetiyada (Sxinvali regionu), həm də Abxaziyada Gürcüstanın bir hissəsi olmaq istəyi yaranmalıdır.

Ancaq Abxaziyaya gəlincə, təbii ki, orada erməni batalyonları döyüşüb. Bu heç kimə sirr deyil ki, çeçenlər də bir vaxtlar burada vuruşub. Lakin Şimali Qafqazın nümayəndələri olan inquşlar heç vaxt gürcülərlə döyüşməyib. Sovet dövründə inquşlar Qazaxıstana sürgün edildi. Onlar sonralar gürcülərin məskunlaşdığı və qoyub getdikləri hər şeyin qayğısına qaldıqları evlərini tərk etdilər. İnquşlar geri döndükdə isə gürcülər onların evlərini təhlükəsiz və sağlam bir şəkildə təhvil verdilər.

İndi Ermənistan haqqında danışaq. Hər ölkə kimi, onun da öz maraqları var. Ancaq Tbilisi əvvəldə də qeyd etdiyim kimi, dövlət maraqlarından çıxış etməlidir.

- Cavaxetiyada separatizm cəhdləri ilə nə etmək olar? Əgər onlar Gürcüstan hakimiyyətinə qarşı açıq olsa, nə olacaq?

- Gürcüstan mümkün qədər şəffaf, rasional və emosiyasız hərəkət etməlidir. Amma hər şeydən əvvəl separatçı ab-havanın təzahürü üçün heç kimə bəhanə verilməməlidir. Ən əsası, xarici qüvvələrin daxili işlərimizə qarışmasına imkan verməməliyik.

- Ermənistanı Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətləri çox narahat edir. Bizim birgə hərbi təlimlərimiz aparılır. 16 oktyabrda isə Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirlərinin görüşü keçiriləcək. Bir çox erməni analitiklər Ankara, Tbilisi və Bakı arasındakı yaxın münasibətləri Ermənistana qarşı bir növ “üçlü ittifaq” kimi qiymətləndirir...

- Erməni politoloqlar bu cür açıqlamalar verəndə faciəvi olmur. Ancaq belə ifadələrin Ermənistanın yüksək rəhbərlik nümayəndələrinin ağzından eşitmək istəməzdim. Biz qonşularla və xüsusən də Azərbaycanla dostuq. Tbilisi ilə Bakı arasında yaxın iqtisadi əlaqələr var və bu, bizim seçimimizdir. Odur ki, heç kimin bizim işimizə qarışmaq hüququ yoxdur.

- Bu arada, Paşinyanın “Mənim addımım” fraksiyasından olan deputatı Şirak Torosyan ötən günlərdə ən ciddi problemlərdən birinin Gürcüstandakı türk təsirinin artması olduğunu bildirib. Mən onun sitatını xatırlatmaq istəyirəm: “Gürcüstanda türk sərmayələri fonunda anti-erməni mövqeyini formalaşdıra biləcək müəyyən təbəqə və qüvvələr meydana gəlib...”

- Onların bu vəziyyətin hakimiyyəti narahat etdiyindən artıq nəsə söyləmək hüququ yoxdur. İcazə verin xatırladaq ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və Yerevanın EAEU ilə əlaqələri yalnız Gürcüstan vasitəsilə mövcuddur. Ermənistanın Gürcüstanla az-çox normal münasibətləri var. Düşünmürəm ki, Yerevan münasibətlərin mənfiyə doğru getməsindən qazanclı çıxar.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı