İlham Əliyevi ermənilər niyə sevmir?
Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, bu sualın cavabını Yutub sosial şəbəkəsində “A•shot NEWS 2” kanalı tapmağa çalışıb. Kanal hazırladığı videoda ilk olaraq Ermənistan liderlərinin Azərbaycanla bağlı 90-cı illərdə verdiyi proqnozlara diqqət yetirib:
“Dağlıq Qarabağın və Dağlıq Qarabağ ətrafındakı digər rayonların işğalından sonra Ermənistan rəhbərliyi ermənilərə xoşbəxt həyat və Azərbaycanın tezliklə parçalanacağı vədini verdi. Lakin hər şey tamam əksinə doğru baş verdi. Ermənistan iqtisadiyyatı ölüm çırpıntılarındadır, ermənilər kütləvi şəkildə ölkəni tərk edirlər. Azərbaycanın necə olmasına özünüz baxın...”
Bundan sonra hazırlanan video çarxda Prezident İlham Əliyevin “Rossiya” televiziyasına verdiyi müsahibədən parçaya yer verilib. Belə ki, bu parçada Prezident Azərbaycanın iqtisadi baxımdan hansı vəziyyətdə olduğunu, ölkənin ümumdaxili məhsulu, valyuta ehtiyatları və s. barədə rəqəmləri açıqlayır.
Daha sonra çarxda rusiyalı ekspertin Azərbaycanla bağlı açıqlamasına yer verilib. Prezidentin Davos Forumunda çıxışı və görüşlərinə diqqət yetirən ekspert bunun böyük dövlətlərin Azərbaycanla əlaqədə necə maraqlı olduğunu göstərdiyini deyib. Bununla bərabər o, Prezidentin Çindəki “Bir yol, bir kəmər” layihəsinə həsr edilən konfranda iştirakından bəhs edərək, Azərbaycan liderinin buradakı çıxışının Bakının ölkəni beynəlxalq qovşağa çevirməyi hədəfləməsini sübuta yetirdiyini bildirib. Ekspert buna əlavə olaraq, Azərbaycanın dünyada Qərb-Şərq və Şimal-Cənub beynəlxalq layihələrində iştirak edən yeganə dövlət olduğunu söyləyib.
Eurasia Diary həmin video-çarxı təqdim edir: