Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Türk Şurasının Bakıda keçiriləcək 7-ci sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Eurasia Diary xəbər verir ki, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan tərəfindən, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) əsasını qoyan Naxçıvan Sazişinin 10-cu ildönümünə təsadüf edən Zirvə görüşü Özbəkistanın təşkilata tamhüquqlu üzvlüyə qəbul olunması baxımdan xüsusi əhəmiyyət daşıyır.