Türkdilli ölkələrin prezidentləri Bakıya toplaşır | Eurasia Diary - ednews.net

17 Noyabr,


Türkdilli ölkələrin prezidentləri Bakıya toplaşır

Siyasət A- A A+

Bu gün Bakıda Türk Şurasının 7-ci sammiti keçiriləcək.

Eurasia Diary xəbər verir ki, sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzvü olan ölkələrin rəhbərləri iştirak edəcək.

Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. 

Türk Şurası 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...