Prezident İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Eurasia Diary-nin məlumatına görə, sərəncamla Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Mikayıl Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.