Britaniyanın Baş naziri Azərbaycan üzrə nümayəndə heyəti ilə görüşüb

Siyasət 14:56 31.10.2019
Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub
 
Eurasia Diary-nin məlumatına görə,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Böyük Britaniyanın müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin qurularaq inkişaf etdirilməsi, mübət təcrübələrin qarşılıqlı mübadiləsinin həyata keçirilməsi üçün geniş potensial var və gələcəkdə bu istiqamətdə işlərin aparılması tərəflər üçün faydalı olardı.
 
Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun  başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində keçirilən görüşdə bununla bağlı yekdil fikir ifadə olunub.
 
Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp, nümayəndə heyətinin üzvləri Böyük Britaniyanın Enerji və Ticarət məsələləri üzrə departamentin müdiri Stiven Smit və Beynəlxalq Ticarət Departamentinin İxrac Strategiyası Proqramı üzrə meneceri Raşel Pouvel, ticarət məsələləri üzrə əlaqələndirici şəxs Rəna Zeynalova da iştirak ediblər.
 
Nümayəndə heyəti Agentliyin və DOST mərkəzinin fəaliyyəti, burada pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi ekspertiza və reabilitasiya vasitələri ilə təminat, sosial sığorta, əmək münasibətləri, məşğulluq, sosial-hüquqi, övladlığagötürmə, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. üzrə 132 növdə xidmətlərin göstərilməsi prosesi ilə tanış olublar. Onlar DOST layihəsi barədə müsbət təəssüratlarını bölüşüblər. 
 
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri barədə ətraflı məlumat verib. Nazir ölkəmizdə sosial sahədə aparılan geniş miqyaslı islahatları diqqətə çatdırıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi əsasında ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim olunması mərhələsinə keçildiyini qeyd edib. 
 
Azərbaycan-Böyük Britaniya arasında müxtəlif sahələri əhatə edən  tərəfdaşlıq əlaqələrinin inkişafından bəhs edən S.Babayev BP və British Council ilə birlikdə “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinə xidmət edən Proqram çərçivəsində əlilliyi olan şəxslər ingilis dili, veb və qrafik dizayn və applikasiyaların hazırlanması, sosial bacarıqların inkişaf etdirilməsi istiqamətində təlimlərə cəlb edilir. Onlara psixoloji dəstək və məşğulluq üzrə müvafiq məsləhətlər də verilir. Əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində tədqiqatların aparılması və kadr potensialının formalaşdırılması sahəsində də BP ilə əməkdaşlıq nəzərdə tutulub.
 
B.Nikolson ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edib. O, gələcəkdə bu əlaqələrin əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya sahələrində də davam etməsi üçün imkanların mövcud olduğunu qeyd edib. 
 
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Hamısı