Fərid Şəfiyev Lavrovun çıxışını şərh edib

Siyasət 15:14 12.11.2019
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun İrəvandakı açıqlamalarına münasibət bildirib.
 
Eurasia Diary-nin məlumatına görə, o rusiyalı nazirin dedikləri barədə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı baza sənədlərinə, xüsusilə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırki ATƏT) 1992-ci il martın 24-də Helsinkidə qəbul etdiyi qərara təkrar nəzər yetirməyin lazım olduğunu qeyd edib.
 
F.Şəfiyevin sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların aparılması üçün foruma çevriləcək Minsk Konfransının iştirakçıları Azərbaycan Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Türkiyə, Fransa, Çexiya, Slovakiya və İsveçdir: "Vacib məqam olaraq daha sonra vurğulanır ki, Konfrans iştirakçıları olan ölkələrlə məsləhətləşmələr apardıqdan sonra Konfrans sədri tərəfindən Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələri maraqlı tərəf kimi konfransa dəvət olunacaq. Münaqişədə tərəf ölkələr Ermənistan və Azərbaycandır. O ki qaldı, Dağlıq Qarabağın seçilmiş və digər nümayəndələrinə, bu halda onlar regionun azərbaycanlı və erməni icmasıdır. Onlar irəliləyiş olacağı təqdirdə danışıqlar prosesinə cəlb oluna bilərlər. Lakin təəssüf ki, hazırda bu irəliləyiş müşahidə edilmir".
 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri vurğulayıb ki, burada qondarma “Dağlıq Qarabağ xalqı”ndan söhbət getmir və qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdə bu ifadə mövcud deyil:
 
"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi və hüquqi öhdəlik daşıyan 4 qətnaməsinə əsasən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində “Çıraqovlar Ermənistan hökumətinə qarşı” işi çərçivəsində qəbul olunmuş qərarda qeyd olunur ki, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlar üzərinə nəzarəti həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, münaqişənin həlli, o cümlədən öz müqəddəratını təyin etmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən səsləndirilən, erməni tərəfinin uğursuz cəhdləri və xüsusilə Ermənistan baş naziri Nikol Paşinyanın bu ilin martında danışıqlar formatını dəyişməklə bağlı açıqlamaları ilə uzlaşan fikirləri vasitəçilik missiyasının və Rusiya da daxil olmaqla, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatının ruhuna uyğun gəlmir”, - deyə F. Şəfiyev vurğulayıb.
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı