Mühacir alverinə görə saxlanılan azərbaycanlıların - Siyahısı | Eurasia Diary - ednews.net

7 Dekabr, Şənbə


Mühacir alverinə görə saxlanılan azərbaycanlıların - Siyahısı

Siyasət A- A A+

Almaniyada saxta sənəd düzəltməklə mühacir alveri etməkdə ittiham olunaraq saxlanılan azərbaycanlıların adları dəqiqləşdirilib. Eurasia Diary-nin “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Almaniyada yaşayan siyasi fəal Həbib Müntəzir yekun siyahını yayımlayıb.

Saxlanılanların adlarını təqdim edirik:

1) Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

2) İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri

3) Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini

4) Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu

5) Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri

6) Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan “Neuwied” adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdi Xəlilbəylinin sürücüsü

7) Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir

Saxlanıların hər biri barəsində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu işlə bağlı 60-a yaxın şübhəli var. Araşdırma davam edir.

Qeyd edək ki, Əlövsət Əliyev sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının qardaşıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...