Nazirlər Kabinetində yeni istefa | Eurasia Diary - ednews.net

9 Dekabr, Bazar ertəsi


Nazirlər Kabinetində yeni istefa

Siyasət A- A A+

Nazirlər Kabinetinin mətbuat katibi Ayaz Mirzəyev istefa verib.

Eurasia Diary xəbər verir ki, bu barədə A. Mirzəyevin özü bildirib:

“Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidməti vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm”.

Qeyd edək ki, Ayaz Mirzəyev bu il aprelin 17-də sabiq Baş nazir Novruz Məmmədovun əmri ilə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilmişdi. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...