Salome Zurabişvili Allahşükür Paşazadəyə hədiyyə göndərdi - FOTOLAR | Eurasia Diary - ednews.net

13 Dekabr, Cümə


Salome Zurabişvili Allahşükür Paşazadəyə hədiyyə göndərdi - FOTOLAR

Siyasət A- A A+

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

Eurasia Diary xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə dünya dini liderlərinin II Sammitinin Bakıda keçirilməsinin əhəmiyyəti müzakirə olunub.

QMİ sədri tədbirdə fəal iştiraka görə Gürcüstan tərəfinə minnətdarlığını bildirib.

Görüşün sonunda Z.Pataradze A.Paşazadəni 70, onun Şeyxülislamlıq fəaliyyətinin 40-cı yubileyi münasibətilə bir daha təbrik edib. Səfir Gürcüstan prezidenti Salome Zurabişvilinin adından yüksək keyfiyyətlə nəşr olunan “Pələng dərisi geymiş pəhləvan” kitabını QMİ sədrinə hədiyyə edib. 

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...