"Ermənistan: mövcud olmayan demokratiya" L’Opinione qəzeti

Siyasət 10:13 21.11.2019

Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyaya elan olunmuş səfəri hazırda bütün diqqəti iki mövzu üzərinə cəmləşdirir: bir tərəfdən 25 ildən çoxdur ki həll olunmayan Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi, digər tərəfdən bir ildən bir az çox müddətdir ki demokratik dəyişikliyin baş verdiyi elan olunan Ermənistanın daxili vəziyyəti.

Təxminən otuz ildir ki Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılır və bu yaxınlarda qeyd olunan münaqişə yeni siyasi ssenarilər ilə yenidən beynəlxalq birliyin diqqət mərkəzinə gəlmişdir. Ermənistanın baş naziri Dağlıq Qarabağın Ermənistana mənsub olduğunu iddia etməklə işğal olunmuş ərazilərdən çıxmaq arzusunda olmadıqlarını ifadə etmiş, bu mövqe beynəlxalq səviyyədə kəskin tənqid olunmuş, həmçinin buna Azərbaycan rəhbərliyi tərəfindən düzgün cavab verilmişdir.

Bundan əlavə xatırladaq ki, münaqişənin özü bir milyondan çox azərbaycanlının öz torpaqlarından qovulması ilə nəticələnmiş və həmin şəxslər hazırda qaçqın və məcburi köçkün kimi yaşamaqdadırlar. Bu isə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin çoxsaylı qətnamələri ilə ziddiyyət təşkil edir.

Dağlıq Qarabağ münaqişəsi xüsusilə Azərbaycanın strateji əhəmiyyəti barədə geosiyasi təhlil və beynəlxalq münasibətlər baxımından maraq kəsb etdiyi kimi, həmçinin Ermənistandakı daxili vəziyyətin təhlili də regionun təhlükəsizliyi baxımından bir o qədər aktualdır. 2019-cu ilin yanvar ayında Paşinyanın ölkənin baş naziri seçilməsindən bir neçə ay sonra müxalifətçi Mher Yeqiazaryanın həbsxanada ölümü səbəbindən Ermənistanda hökumətə qarşı ittihamlar səsləndirilir və bu da sübut edir ki, “məxməri inqilab” adlandırılan hadisələrdən xalqın gözləntilərinə hökumət necə xəyanət edir. Erməni mətbuatı yazır ki, yoxsulluq, korrupsiya və oliqarxların üstün mövqeyi azalmağa doğru getmir. Bəzi mənbələr qeyd edir ki, Ermənistanın yeni hökuməti qərar vermə prosesini uzadır. Hətta hökumətin tərəfdarları belə şikayətlənirlər ki, yeni rəhbərlik qərar vermək iqtidarında deyildir və ədliyyə, maliyyə və digər sahələrdə vəd olunan islahatlar nəzərdə tutulduğundan da çox ləng həyata keçirilir.

“Daxildən” tənqidi münasibət bu yaxınlarda ABŞ-dakı erməni diasporunun təsis etdiyi ilk qəzetlərdən biri olan “The Armenian Mirror-Spectator” qəzetində də əks olunmuşdur. Belə ki, qəzet beynəlxalq hüquq üzrə ekspert olan Philippe Raffi Kalfayandan müsahibə götürmüşdür. Kalfayan öz müsahibəsində göstərir ki, həm korrupsiya, həm də hakimiyyətin mərkəzləşdirilməsi nöqteyi-nəzərindən Paşinyanın davranışı ardıcıl deyil və bu, özünü nazirlərin sayının azaldılmasında, həmçinin gənc və təcrübəsiz hökumət komandasının qurulmasında göstərir. Bundan əlavə, Paşinyan kilsənin işlərinə müdaxilə etmək arzusunu nümayiş etdirir və bu yaxınlarda Konstitusiya məhkəməsinin qərarlarına da müdaxilə etmişdir. Həmin hüquqşünasın dediyinə görə, Paşinyanın davranışı icraedici və qanunverici hakimiyyət tərəfindən dövlət çevrilişinə cəhdi ört-basdır etmək təhlükəsi daşıyır.

Kalfayan vurğualyır ki, ən vacib iqtisadi və sosial problemlər həll olunmamış qaldığı bir halda Paşinyan Konsititusiya məhkəməsi və ədliyyə sisteminə qarşı getməklə və xalqa çağırış etməklə uğursuzluğa düçar olacağı siyasi gediş edir ki, bundan da Ermənistan zəif çıxacaqdır. Ötən günlərdə ölkədə Konstitusiya məhkəməsinin sədri Hrayr Tovmasyan və onun ailəsinə qarşı təqiblərin dayandırılmasını tələb edən etiraz nümayişi keçirilmişdir. Müxalifətin dediyinə görə, bu vəziyyət ölkəni otuz il geriyə salır.

Qeyd etmək lazımdır ki, çətin iqtisadi vəziyyətə və Dağlıq Qarabağ münaqişəsini törətməsi səbəbindən təcrid olunduğuna görə Ermənistan regiondakı bütün əsas investisiya layihələrindən kənarda qalır və bunun bədəlini öz xalqı ödəyir. Xüsusilə də Kalfayan kimi insan hüquqlarının müdafiəsi sahəsində çalışmış erməni mütəxəssis də baş nazirin diktator davranışından danışır.

Paşinyan ölkədəki ciddi sosial-iqtisadi böhrandan əziyyət çəkən xalqın nümayişləri sayəsində hakimiyyətə gəlmişdir. Təbii resurslar baxımından kasad olan və dənizə çıxışı olmayan Ermənistan müsbət dəyişikliklərə öz qonşuları, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqla nail ola bilər. Hələ ki, Paşinyan bu istiqamətdə müsbət addımlar atmamağı, əksinə mənfi mövqe nümayiş etdirməyi qərara almışdır, bu isə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin dayandırılmasına gətirib çıxara bilər. Bu istiqamətdə davam etmək isə, təəssüf ki, nə Ermənistan, nə də ki Paşinyanın gələcəyi üçün müsbət heç nə vəd etmir.

http://www.opinione.it/esteri/2019/11/19/domenico-letizia_nikol-pashinyan-conflitto-nagorno-karabakh-armenia-azerbaigian-nazioni-unite/

L’Opinione qəzeti: "Ermənistan: mövcud olmayan demokratiya"

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı