"Vətəndaşlar YAP iqtidarının faydalarını bundan sonra da görəcəklər" - Əli Əhmədov | Eurasia Diary - ednews.net

15 Dekabr,


"Vətəndaşlar YAP iqtidarının faydalarını bundan sonra da görəcəklər" - Əli Əhmədov

Siyasət A- A A+

"Yeni Azərbaycan Partiyası 26 ildən çoxdur ki, Azərbaycan xalqına şərəflə, ləyaqətlə xidmət edir".

Bu ifadələri Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, YAP-ın yaranması və fəaliyyəti kifayət qədər uğurlu olub:

"Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. Partiya yarandıqdan təxminən 6 ay sonra onun lideri Heydər Əliyev Azərbaycanın Prezidenti seçilib. Beləliklə də, Yeni Azərbaycan Partiyası Azərbaycanın iqtidar partiyasına çevrildi. Azərbaycanın müasir dünyanın ən uğurlu və sürətlə inkişaf edən dövlətinə çevrilməsinə böyük töhfələr verib. Bu illər ərzində YAP-ın özü də kifayət qədər qüdrətlənib, sıraları genişlənib. İndi Yeni Azərbaycan Partiyası ümumxalq partiyası statusunu ləyaqətlə daşımaqdadır. Onun sıralarında 750 minə qədər Azərbaycan vətəndaşları var. İnanıram ki, YAP iqtidarının ömrü Azərbaycanın siyasi həyatında kifayət qədər uzun olacaqdır. Azərbaycan vətəndaşları YAP iqtidarının faydalarını bundan sonra da görəcəklər".

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...