İşğal altındakı Qarabağa ən çox hansı ölkədən turistlər gəlir? - Rusiya, ABŞ, İtaliya ilk sıralarda | Eurasia Diary - ednews.net

15 Dekabr,


İşğal altındakı Qarabağa ən çox hansı ölkədən turistlər gəlir? - Rusiya, ABŞ, İtaliya ilk sıralarda

Siyasət A- A A+

Azərbaycanın rəsmi xəbərdarlıqlarına baxmayaraq işğal altındakı torpaqlara xarici ölkə vətəndaşlarının səfərləri davam edir.

Eurasia Diary modern.az-a istinadən xəbər verir ki, Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma Qarabağ rejiminin “Milli Statistika Xidməti” iyun-sentyabr aylarında regiona gələn əcnəbi turistlərlə bağlı hesbat yayımlayıb. “Qurum”un sədri müavini Susanna Arutunyan iyundan sentyabr ayına qədərki dövrdə Qarabağa gələn 8243 əcnəbi vətəndaşın anket məlumatlarını dəqiqləşdirdiklərini bildirib.

“Qarabağı 41 ölkədən gələn turist ziyarət edib. Onlar arasında Ermənistan, Rusiya, ABŞ və İtaliya pasportuna malik şəxslər üstünlük təşkil edir. Tədqiqatlar turistlərin 47%-nin buna qədər heç vaxt Qarabağa gəlmədiyini də söyləyib”.

Xatırladaq ki, separatçı rejim bundan öncə, 2019-cu ilin ilk 6 ayında işğal alıtndakı bölgəyə 12 606 xarici vətəndaşın gəldiyini söyləmişdi. Analoji dövrdə 17 yeni turizm obyekti də isitfadəyə verilib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...