Dünyada müxtəlif din və irqlərin nümayəndələrinə qarşı aqressiya artır.
Eurasia Diary xəbər verir ki, bunu BMT Baş katibinin soyqırımların qarşısını almaqla bağlı xüsusi müşaviri Adam Denq deyib.
“Bu gün əvvəlkindən daha çox anlamalıyıq ki, biz bir dünyayıq, bir insanlığıq. Nizama hörmət etməliyik. Bu gün mən antisemitizmin, müsəlmanlara qarşı nifrətin artdığını görürəm”, – deyə o bildirib.