Ramzan Kadirov erməni generalı təbrik etdi - "Qardaşımız Artur Vanetsyan..." - FOTOLAR | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Ramzan Kadirov erməni generalı təbrik etdi - "Qardaşımız Artur Vanetsyan..." - FOTOLAR

Siyasət A- A A+

Rusiyanın Çeçenistan Muxtar Respublikasının başçısı Ramzan Kadırov Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanı yubileyi münasibətilə təbrik edib.

Eurasia Diary teleqraf-a istinadən xəbər verir ki, çeçen lider bu barədə İnstaqram hesabında yazıb.

Vanetsyanla fotosunu paylaşan Kadırov qeyd edib:

“Bu gün qardaşımız Artur Vanetsyanın doğum günüdür. Gənc olmasına baxmayaraq, Artur Vanetsyan general rütbəsinə yüksəlib, əla təhsil alıb. Əminəm ki, Artur Vanetsyan rus xalqının böyük dostudur və Rusiya ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsinin tərəfdarıdır. Artur Vanetsyanı ad günü münasibətilə ürəkdən təbrik edirəm, cansağlığı və uğurlar arzulayıram”.

Əlavə edək ki, Artur Vanetsyan bir müddət əvvəl Nikol Paşinyan hökumətini yanlış siyasət yürütməkdə və ölkənin təhlükəsizliyini təhdid etməkdə ittiham edərək postundan getdiyini açıqlayıb. Rusiyada təhsil alan erməni general Kremlə yaxınlığı ilə seçilirdi.

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...