"Ermənistan hansı haqla şahmat oyununu öz çirkin məqsədinə vasitə etməyə çalışır?" İcma sədri

Siyasət 13:34 12.12.2019

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev Ermənistanın BMT Baş Assambleyasına “İnkişaf və sülh üçün idman: idman və olimpiya məqsədli dinc və daha yaxşı bir dünya qurmaq” və “sülh mədəniyyəti” adlı bəndləri altında Ümumdünya Şahmat Günü adlı qətnamə layihəsini təqdim etməsi ilə bağlı bəyanat verib.

Eurasia Diary-nin xəbərinə görə, bəyanatda qeyd edilib ki, Ermənistan bu dəfə də özünü dünyaya “sülhpərvər və həmrəylik tərəfdarı” cildində təqdim etməyə çalışır: “Əslində bu, Ermənistan hakimiyyətinin saxtakar, ali dəyərlər pərdəsi arxasında gizlənən riyakar, çirkin xislətindən xəbər verir.

Minlərlə soydaşımızın öldürülməsinə, yüzlərlə insanlarımızın erməni əsirliyində dəhşətli işgəncələr altında saxlanılmasına, 20 faiz torpaqlarımızın işğal olunmasına, bir milyondan çox insanın öz yurdundan didərgin düşməsinə və etnik təmizlənməsinə səbəb olan Ermənistan hansı haqla sülh və həmrəylikdən danışır və şahmat oyununu öz çirkin məqsədinə vasitə etməyə çalışır?

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qarabağ bölgəsində böyük şahmat ənənələri olub. Təkcə Kəlbəcər və Şuşa şahmat məktəblərində torpaqlarmız işğal olunmamışdan öncə minlərlə yeniyetmə bu zəka oyununun sirlərini öyrənirdilər. Mən də bu yeniyetmələrdən biri idim. Atamın Şuşa Şahmat Məktəbinin direktoru olması məndə şahmata olan həvəsi daha da artırmışdı. Mən, dəfələrlə Dağlıq Qarabağda keçirilən şahmat turnirlərində iştirak etmişəm. Ən böyük arzum isə gələcəyin tanınmış şahmatçısı olmaq idi. Əminəm ki, torpaqlarımız işğal olunmasaydı, Qarabağ şahmat məktəblərinin yetirmələrinin adları dünyanın şahmat birinciləri ilə eyni sırada çəkiləcəkdi".

Bəyanatda qeyd edilir ki, Ermənistanın işğalı nəticəsində Qarabağın digər ərazilərində olduğu kimi, Şuşa Şahmat Məktəbinin binası da dağıdılıb: "Təkcə dağıdılmış insan həyatları deyil, gözəl ənənələri olan idman və mədəniyyət ocaqlarının məhvinə səbəb olan Ermənistanın ali dəyərlərdən danışması ikrah hissi oyadır. Doğurdanmı Ermənistan hakimiyyəti dünya ictimaiyyətini aldatmağın bu qədər asan olduğunu düşünür?! BMT TŞ kimi nüfuzlu bir təşkilatın qətnamələrini heçə sayan Ermənistanın indi bu ali təşkilatda şahmat günü ilə bağlı sənəd yayması gülünc deyilmi?!

Dünya ictimaiyyəti işğalçı Ermənistanın əsl mahiyyətini tanımalı, sülh və həmrəylik kimi ali dəyərlərin bu ölkənin hakimiyyətində olanlara yad olduğunu başa düşməlidir.

Ermənistandan fərqli olaraq, biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bəyan edirik ki, öz doğma torpaqlarımıza qayıtdıqdan sonra Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində iki icmanın birlikdə ədalətli və daimi sülh şəraitində yaşaması şəraitində məhv edilmiş şahmat ənənələrini bərpa edəcəyik və dünya bunun şahidi olacaq".(apa)

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı