Ədliyyə naziri məhkəmələrlə bağlı əmr imzaladı | Eurasia Diary - ednews.net

22 Sentyabr, Çərşənbə axşamı


Ədliyyə naziri məhkəmələrlə bağlı əmr imzaladı

Siyasət A- A A+

“Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiqlənib.

Eurasia Diary-nin məlumatına görə, bununla bağlı Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, Fikrət Məmmədov qərar imzalayıb.

Qərarla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasının “Məhkəmələr və hakimlər haqqında” qanunun 52-ci, 30-2-ci, 32-ci, 43-cü, 46-2-ci maddələri ilə müəyyən edilməsinin nəzərə alınması bildirilib.

Bildirilib ki, Məhkəmə-Hüquq Şurasının 2017-ci il 11 aprel tarixli 2 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası” 2020-ci il yanvarın 1-dən qüvvədən düşmüş hesab edilsin.

Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının 2017-ci ilin 11 aprel tarixli qərarı ilə  Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası İnzibati-iqtisadi Məhkəməsinin ərazi yurisdiksiyası “Məhkəmələr və hakimlər haqqında” qanunun 52-ci, 30-2-ci, 32-ci, 43-cü maddələri ilə müəyyən edilirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...