Pakistanın Baş naziri İmran Xan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. İmran Xan Pakistanın Qarabağ məsələsində Azərbaycana dəstək olduğunu bir daha bəyan edib.
Eurasia Diary xəbər verir ki, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun iclaslarına qatılan İmran Xan, İlham Əliyev, Sinqapur Baş naziri Lee Hsien Loong və Çalık Holdinq İdarə heyəti Başçısı Əhməd Çalık ilə görüşüb.
Bəyanatda, İslam Əməkdaşlıq Təşkilatı Kəşmir Əlaqə Qrupuna verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edən Xan Qarabağ müharibəsində dəstəyini bir daha bəyan edib.
İlham Əliyev, Qarabağ məsələsində verdiyi dəstəyə görə İmran Xana təşəkkür edib. Həmçinin, iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi mövzusunda razılıq əldə olunduğu qeyd olunur.
Bəyanatda Xanın Hindistanın nəzarətində olan Cammu Kəşmirdə insan hüquqlarının pozulması barədə İlham Əliyevə məlumat verdiyi və Əliyevin Xanı Azərbaycana dəvət etdiyi bildirilir.
